Icma.az
close
up
RU
Alparslan Bayraktar: Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır

Alparslan Bayraktar: Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Türkiyə Zəngəzur dəhlizinin, o cümlədən onun enerji komponentinin açılmasında maraqlıdır".

Bunu "Report"a müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Biz bu xəttin (Zəngəzur dəhlizi) həm enerji nöqteyi-nəzərindən, həm də digər tərəflərdən reallaşmasını çox istəyirik. Çünki bu, həm bizim üçün, həm də Avropa üçün çox vacibdir. Ona görə də bu layihənin reallaşacağına ümid edirəm", - A.Bayraktar bildirib.

O, həmçinin iqlim dəyişikliyi ilə mübarizə məsələsinə də toxunub.

"Biz indi "yaşıl transformasiya"ya həsr olunmuş iqlim konfransındayıq. Hamı iqlim dəyişikliyi haqqında nələrsə danışır. Edəcəyimiz ən vacib şey ölkələr və regionlar arasında kommunikasiyaları genişləndirməkdir. Ən mühüm qarşılıqlı əlaqə isə külək enerjisi üzrə böyük potensialı olan Xəzər dənizidir. Yanılmıramsa, Dünya Bankının məlumatına görə, bu potensial 7 500 MVt təşkil edir", - nazir qeyd edib.

O, Türkiyəyə və bu dəhliz vasitəsilə Avropaya böyük həcmdə "yaşıl enerji" tədarükünü nəzərdə tutan layihənin miqyasını qeyd edib.

"Biz bu istiqamətdə işləyirik. Bundan əlavə, Naxçıvanda da günəş enerjisi potensialı yüksəkdir. Biz bu günəş elektrik enerjisinin Türkiyəyə tədarükü üzərində işləyirik", - A.Bayraktar əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2024 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri