Icma.az
close
up
RU
Alpha Economics: Ermənistana pul köçürmələrinin KONKRET

Alpha Economics: Ermənistana pul köçürmələrinin KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Dünya Bankının məlumatlarına əsasən, oktyabr ayında Ermənistana daxil olan qeyri-kommersiya pul vəsaitlərinin xalis axını 31,2 faiz artıb.

KONKRET.az xəbər verir ki, bu artım əsasən Rusiyadan daxil olan pul axınlarının demək olar ki, iki dəfə artması hesabına baş verib.

Artımın səbəbləri ayrıca araşdırma mövzusu olsa da, ümumi mənzərə Rusiya–Ukrayna müharibəsi fonunda insan və maliyyə kapitalının yer dəyişməsi ilə izah olunur. Vacib məqam ondan ibarətdir ki, Ermənistana daxil olan pul köçürmələrinin əhəmiyyətli hissəsi — daha dəqiq desək, ümumi həcmin təxminən yarısı — Rusiya Federasiyasının payına düşür.

Məsələn, 2024-cü ilin yekun göstəricilərinə əsasən, ölkələr üzrə aparılan araşdırma göstərir ki, ümumilikdə 2 milyon 337 min 652 pul köçürməsi həyata keçirilib və onların 1 milyon 188 min 876-sı Rusiyadan göndərilib.

Fransa, Böyük Britaniya, Gürcüstan və Yunanıstan daxil olmaqla digər aparıcı ölkələrlə müqayisədə Rusiyanın payı xeyli yüksəkdir. Daha yeni məlumatlara görə, cari ilin oktyabr ayında ümumi köçürmələrin sayı 214 min 437 olub və bunların 118 min 140-ı yenə yalnız Rusiyanın payına düşüb. Bu isə göstərir ki, həm ötən ilin yekun nəticələrinə, həm də cari operativ məlumatlara əsasən, Ermənistana ən çox pul köçürməsi məhz Rusiyadan daxil olur.

Eyni tendensiya pul ifadəsində də müşahidə edilir. Bu ilin oktyabr ayında ümumi pul köçürmələrinin həcmi 78 milyon 13 min ABŞ dolları təşkil edib ki, bunun da 38 milyon 902 min dolları Rusiya Federasiyasından gəlib.

Faktiki olaraq, bu istiqamət üzrə Ermənistana daxil olan xarici valyutanın əhəmiyyətli hissəsi Rusiya tərəfindən təmin olunur. Xarici valyuta axınının digər əsas mənbəyi olan xarici ticarət dövriyyəsində, xüsusilə ixrac sahəsində də Rusiya Federasiyası lider mövqeyini qoruyur.

Obyektiv və subyektiv amillərdən asılı olmayaraq, mövcud mənzərə dəyişməz olaraq qalır. Bu baxımdan, istənilən inteqrasiya prosesində suverenliyin “qırmızı xətt”inin tərəfdaşlar üçün aydın çərçivədə qorunması mühüm əhəmiyyət daşıyır. Lakin bu yanaşma mövcud obyektiv iqtisadi asılılıq nəzərə alınmaqla həyata keçirilməlidir.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri