Icma.az
close
up
RU
Alsheymer risk faktorlarının idrak funksiyasına erkən təsiri aşkarlanıb

Alsheymer risk faktorlarının idrak funksiyasına erkən təsiri aşkarlanıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 aprel, AZƏRTAC

“The Lancet Regional Health – Americas” jurnalında dərc olunan yeni tədqiqat Alsheymer xəstəliyinin risk faktorlarının düşündüyümüzdən daha erkən yaş dövrlərində idrak funksiyası ilə əlaqəli olduğunu göstərib.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, Kolumbiya Universitetinin Mailman İctimai Sağlamlıq Məktəbi və Butler Yaşlanma Mərkəzi tərəfindən aparılan bu araşdırma 24-44 yaş arası fərdlərdə Alsheymer xəstəliyi ilə əlaqəli biomarkerlərlə idrak arasında statistik əhəmiyyətli əlaqələr taparaq profilaktik müdaxilələrin erkən mərhələlərdə aparılmasının zəruriliyini vurğulayır.

Tədqiqatın aparıcı müəllifi, epidemiologiya professoru Allison Aiello bildirib ki, Alsheymer xəstəliyinin risk faktorları ilə bağlı mövcud elmi yanaşmalar əsasən 50 yaşdan yuxarı fərdlərə yönəlmişdi. Lakin yeni nəticələr ürək-damar sağlamlığı, ATN (amiloid, tau, neyrodegenerasiya) biomarkerləri və immun göstəricilər kimi Alsheymer xəstəliyi risk faktorlarının 40 yaşdan əvvəl də idrak funksiyaları ilə əlaqəli olduğunu göstərir. Tədqiqat ABŞ-da 1994-1995-ci illərdən bəri davam edən və genişmiqyaslı məlumat toplayan “Add Health” adlı uzunmüddətli kohort araşdırmasının IV və V dalğalarından əldə edilən məlumatlara əsaslanır. Araşdırmada IV Dalğa üzrə 24-34 yaşlı 11 min 449 iştirakçıdan və V Dalğa üzrə 34-44 yaşlı fərdlərdən ibarət məlumatlar təhlil edilib. İştirakçılarla evdə müsahibələr, koqnitiv testlər və fiziki müayinələr aparılıb, eyni zamanda, 4507 nəfərdən qan nümunələri toplanıb. V Dalğada isə əlavə olaraq 1112 nəfər dərhal və gecikmiş söz yaddaşı, rəqəm seriyasını geriyə doğru xatırlama kimi testlərdən keçib. Tədqiqatçılar Ürək-damar Risk Faktorları, Yaşlanma və Demensiyanın İnsidansı (CAIDE) hesabından istifadə edərək koqnitiv nəticələrlə müxtəlif risk faktorları arasındakı əlaqələri analiz ediblər. Məlum olub ki, yüksək CAIDE balı olan iştirakçılar arasında idrak funksiyaları daha zəif qiymətləndirilib. Bu isə sübut edir ki, ürək-damar risk faktorları Alsheymer əlaqəli koqnitiv pozulmaların təməlini çox erkən yaş dövrlərində qoya bilər. Bundan əlavə, ATN biomarkerləri və immun göstəricilər – amiloid zülalı, tau zülalı və neyrodegenerasiya markerləri – orta yaşdan əvvəl idrak funksiyası ilə əhəmiyyətli dərəcədə əlaqələndirilib. Maraqlı olaraq, əsas genetik risk faktoru kimi tanınan APOE ε4 alleli bu yaş qrupunda təsirli olmamış və yalnız daha yaşlı yaş dövrlərində əhəmiyyət kəsb edə bilər. Professor A.Aiello bildirib ki, bu tapıntılar Alsheymer xəstəliyinin profilaktikasında həyat boyu strategiyaların əhəmiyyətini vurğulayır: “Alsheymerə səbəb olan dəyişikliklər klinik əlamətlər ortaya çıxmazdan onilliklər əvvəl başlayır. Bu səbəblə erkən diaqnostika və müdaxilə gələcək nəsillərdə xəstəliyin yayılmasının qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır”.

Araşdırmanın həmmüəllifləri arasında Şimali Karolina Universiteti və Kolumbiya Universitetinin tədqiqatçıları yer alıb. Bu iş Alsheymer xəstəliyinin erkən mərhələlərini anlamaq və müdaxilə yollarını müəyyən etmək üçün əhəmiyyətli bir addım hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri