Icma.az
close
up
RU
Alternativ təhlillər ortaya qoyulsun Nazirdən tənqidçilərə ÇAĞIRIŞ

Alternativ təhlillər ortaya qoyulsun Nazirdən tənqidçilərə ÇAĞIRIŞ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Dünyanın bir çox təhsil sistemləri var. Onların bəziləri kifayət qədər öz nailiyyətləri ilə digərlərindən seçilir. Həmin təhsil sistemlərinə baxmaq olar, biz başa düşə bilərik ki, məsələn, filan iqtisadiyyatda və yaxud ölkədə təhsil sistemi ona görə irəlidədir ki, onlarda bu bizdən fərqlidir və yaxud daha çoxdur, daha azdır məsələsi. Amma bu hələ demək deyil ki, bizdə də eyni olacaq. Çünki hər bir ölkənin, hər bir xalqın özünəməxsus milli xüsusiyyətləri də var".

Redaktor.az xəbər verir ki, bunu təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev dedi.

Nazirin sözlərinə görə, bəzi şeylər bizdə daha sürətli təsir edə bilər, bəzi şeylər bizdə daha işləməyə bilər və yaxud da bizim cəmiyyətimizdə qəbul olunmaya bilər:

"Bu, xüsusilə də müəyyən mənada, yəni islahatların ilk illərində bəzi fikirlərin daha ciddi müqavimətlə rastlaşması, düşünürəm, təbiidir. Çünki ənənəvi olaraq, məsələn, hətta tam səmimi deyim, 10 il bundan əvvəl, məsələn, bugünkü təsirlər ki, biz göstəririk məktəbdə, sinifdə müəllimin bu və ya digər davranışı hansı şəkildə təlim nəticəsinə təsir edir, bizim təhsil sistemimizin, mən elə başa düşürəm ki, uzun illər boyu belə məlumat sistemləri olmayıb. Biz hansısa bir ortaya bir təşəbbüs qoyuruqsa və yaxud da onu icra eləmək istəyiriksə, bunun arxasında mütləq ki, bir təhlil var və biz həmişə təhlili təqdim edirik. Təəssüf ki, bizim tənqidçilərimiz həmin təhlillərə hansısa alternativ təhlillər ortaya qoymurlar. Düşünürəm, bu olsa, biz təhsil sistemi olaraq bir addım da irəli gedə bilərdik, tam səmimi olaraq. Çünki artıq daha maraqlı bir diskussiyanın şahidi ola bilərik".

O vurğuladı ki, dayanıqlılıq vacibdir:

"Bu nə deməkdir? Yəni gəlin 3 il bunu edək, sonra 2 il bunu edək, sonra 4 il bunu edək, sonra baxaq görək ki, 2 ildə bunu edəndə nə olur yanaşması ilə təhsil sistemini yaxşılaşdırmaq olmaz. Yəni bunu başa düşməliyik. Yəni bu pilot layihələr və s. Burada anlamaq lazımdır. Ardıcıl və arasıkəsilməzlik burada çox vacibdir. Məsələn, biz başa düşürük ki, məktəbəqədər təhsil təhsilin keyfiyyətini artırır və sadəcə olaraq 20 il məktəbəqədərin kəmiyyət və keyfiyyət göstəricilərini qaldırmalıyıq. Çünki onu bir ildə qaldırmaq olmur. Bizim başlanğıc nöqtəmiz o qədər aşağı olub ki, şərti olaraq 2015-ci ildən saysaq, 2016-dan biz başlamışıq deyə bu islahata, 14%-lik əhatəlilikdən 45%-ə gəlib çıxa bilmişik. Öz-özlüyündə buna 10 il vaxtımız gedib. Yəni bu say etibarilə 100 mindən artıq uşağın hər il məktəbəqədərə getməsi deməkdir.

Siz təxminən bu gün əgər biz 4-5 yaşlı uşaqdan danışırıqsa, onların ilk dəfə, deyək, 9-cu sinif nəticələrini əgər 15 yaşında, 16 yaşında ölçürüksə, 15 yaşında deyək ölçürüksə, şərti olaraq, yəni 4 yaşlı uşaq üçün bu 11 il sonradır. Əmək bazarı təxminən üstünə bir 10 il də gəlsəniz, 20 ildən sonradır. Yəni həmin uşağın valideyn kimi təhsilə təsiri 30-40 ildən sonradır. Ona görə davamlılıq və eyni istiqaməti düzgün etmək çox vacibdir. Yəni burada müxtəlif 30 müxtəlif şey eləməkdənsə, 5 ən vacib işi ardıcıl və düzgün görmək daha vacibdir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri