Altı dəqiqəyə 3:0 hesabı ilə öndə olmalıydıq Yozua Kimmix
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün UEFA Millətlər Liqasında 3-cü yer uğrunda oyunda Fransa yığmasına 0:2 hesabı ilə məğlub olan Almaniya millisinin kapitanı Yozua Kimmix matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"İlk yarıya baxsaq, altı dəqiqəyə 3:0 hesabı ilə öndə olmalıydıq. Amma fasiləyə məğlub durumda yollandıq.
İkinci hissədə diqqətimiz çox tez dağıldı və oyunumuz intensivliyini itirdi. Ciddi səhvlər buraxdıq və rəqibin istədiyini etməsinə imkan verdik.
Fikrimcə, ilk yarıda nəyə qadir olduğumuzu göstərdik. Düşünürəm ki, bizdə yalnız qol vəziyyətləri zamanı effektivlik çatmadı. Konsentrasiyanı belə tez itirməli deyilik".
Nihat

NeftçiQarabağ oyunu 0:3 hesabı ilə başa çatıb
01 Dekabr 2024 21:08
Qarabağ a 0:3 hesabı ilə uduzmağımız ağır durumdur Samir Abasov
19 Aprel 2025 22:46
Azərbaycan çempionatında 22:0 hesabı
08 May 2025 18:10
Mançester Yunayted kimi komandanın evdə 0:3 hesabı ilə uduzması... Ruben Amorim
23 Dekabr 2024 11:26
Kimmix Bavariya da 3 cü ola bilər
26 Fevral 2025 00:31

