Icma.az
close
up
RU
Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? Fotolar

Altı medalı olan qazinin əlilliyi niyə kəsilib? Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Səhhətim və psixoloji vəziyyətim ağır olduğu halda, mənə əmək qabiliyyətli şəxs kimi yanaşılır. İki ildir əlilliklə bağlı aldığım müavinət dayandırılıb. Sosial təminatımın dayandırılması ailəmin maddi və mənəvi durumuma ciddi zərbə vurur”.

Bu şikayətlə “Qafqazinfo”ya qazi, Neftçala rayonu, Aşağı Surra kənd sakini Ələmov Əliabbas Şəmsəddin oğlu müraciət edib. 

28 yaşlı vətəndaş 2020-ci ilin sentyabrından hərbi təlimlərə cəlb olunaraq Beyləqanda yerləşən “N” saylı hərbi hissədə xidmətə başladığını bildirib: “27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində ön cəbhədə iştirak etmişəm. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı 120 mm-lik artilleriya mərmisi nəticəsində ağır yaralanmışam. Yaralandıqdan sonra Füzuli, Beyləqan və Biləsuvar rayon Mərkəzi Xəstəxanalarında müalicə almışam. Təxminən 1 aya yaxın müddətdə yerimə qabiliyyətim olmayıb. Vəziyyətimin ağırlaşması səbəbindən “Papanin hospitalı”na köçürülmüşəm”.

Üç uşaq atası olan qazinin sözlərinə görə, müharibədən sonra səhhətində ciddi psixoloji pozuntular – şəxsiyyət pozuntusu, depressiv tutmalar və qıcolmalar yaranıb: “Bu səbəbdən psixi sağlamlıq mərkəzlərinə müraciət edərək müalicə almışam. Səhhətimdə heç bir yaxşılaşma olmadığı üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdim və 2023-cü ilin 18 iyun tarixində 2 il müddətinə III dərəcəli əlillik təyin olundu. Lakin əlilliyin müddəti bitdikdən sonra bu il iyunun 30-da keçirilmiş təkrar əyani müayinədən sonra əlilliyim dayandırıldı. Dəfələrlə müxtəlif qurumlara müraciət etsəm də, şikayətlərimə ciddi yanaşılmayıb, problemin həlli istiqamətində heç bir tədbir görülməyib. Halbuki bu gün də dərman preparatlarını mütəmadi şəkildə qəbul edirəm.

Əlillik müddətində və ondan sonra dəfələrlə gecə saatlarında ev şəraitində halım pisləşib, qıcolma, nəfəs darlığı və depressiv tutmalar səbəbilə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə yerləşdirilmişəm. Bu hallar səhhətimin hələ də normallaşmadığını və əmək qabiliyyətli kimi qiymətləndirilməyimin əsassız olduğunu sübut edir”.

Əliabbas hazırda heç bir yerdən gəliri olmadığını, mövcud maddi və sosial vəziyyətin ailəsi üçün son dərəcə ağır olduğunu dilə gətirir: “Bu şəraitdə əmək qabiliyyətli hesab olunmağım mənim üçün həm psixoloji, həm də fiziki baxımdan dözülməzdir. 3 azyaşlı övladım var və onların maddi təminatı mənim üzərimdədir. Hazırda həyat yoldaşım və üç azyaşlı övladımla birlikdə atamın evində, valideynlərim və əqli qüsurlu bacımla birlikdə yaşayırıq. Şəxsi evim, torpaq sahəm və təsərrüfatım yoxdur. Həyat yoldaşım xadimə kimi çalışır və aylıq 350 manat əməkhaqqı alır. Ödəməli olduğum kredit borcu təxminən 15 min manat təşkil edir”. 

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinə müraciət etdik. Agentliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov sorğumuzla bağlı açıqlama verib: “Neftçala rayon sakini, 1997-ci il təvəllüdlü Ələmov Əliabbas Şəmsəddin oğlu ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (forma-88) əsasında ötən ay Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində onun əyani müayinəsi aparılıb.

Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı Ə.Ələmovun sağlamlığında əlillik əlamətinin olmadığı müəyyən edildiyindən ona əlillik təyin edilməyib”.

Qazinin maddi vəziyyətinə dəstək məqsədilə mümkün ola biləcək proqramlar haqda sualı isə nazirlik belə cavablayıb: “Nazirlik tərəfindən Əliabbas Ələmova məşğulluq məsələsində dəstək göstərilib. 2021-ci ildə onun üçün özünəməşğulluq proqramı çərçivəsində qoyunçuluq təsərrüfatı yaradılıb”.

Qeyd edək ki, Ə.Ələmov müharibədə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Lamiyə Məmmədova 




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Avqust 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri