Altıağac yolu bağlandı, təhlükəli vəziyyət yarandı Video
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Güclü yağış Altıağac yolunu yararsız hala salıb.
“Qafqazinfo” Shimal.News-a istinadən xəbər verir ki, ölkə ərazisində yağan güclü yağışlar nəticəsində Xızıda yerləşən Altıağac Milli Parkına gedən asfalt yol ciddi zədələnib.
Yol örtüyündə böyük çatlar, çökmələr və deformasiyalar yaranıb.
Yolun bəzi hissələrində təhlükəli vəziyyət formalaşıb. Yerli sakinlərin və bölgəyə səfər edənlərin sözlərinə görə, yağıntılar torpaq sürüşmələri və yol əsasının dağılması ilə nəticələnib.
Məsələ ilə bağlı aidiyyəti qurumların vəziyyəti qiymətləndirəcəyi və bərpa işlərinin aparılacağı gözlənilir.
Qeyd edək ki, Altıağac Milli Parkı bölgənin turizm və ekoturizm baxımından əhəmiyyətli istiqamətlərindən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 İyun 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















