Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gündən altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başlayır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq müsabiqənin işçi qrupundan məlumat verilib.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir. Müsabiqəyə müraciətlər aprelin 16-dək davam edəcək.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.
Müxbir – Aysel Azadqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Mart 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















