Altsheymer xəstəliyi zamanı beynin zədələnməsini ləngidən üsul aşkar edilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 6 may, AZƏRTAC
İntervalla oruc tutma Altsheymer xəstəliyi zamanı beynin zədələnmə prosesini ləngidə bilər. Tədqiqatçılar bu təsirin metabolik və hüceyrə mexanizmlərini təhlil edərək belə nəticəyə gəliblər.
AZƏRTAC xəbər verir ki, araşdırma “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Alimlər müəyyən ediblər ki, intervalla oruc zamanı orqanizm enerjinin əldə olunmasında şəkərdən yağlara keçir və nəticədə keton cisimcikləri adlandırılan maddələr əmələ gəlir. Bu maddələr beyin üçün alternativ enerji mənbəyi kimi çıxış edir. Bu, xüsusilə Altsheymer xəstəliyi zamanı vacibdir, çünki həmin halda qlükozanın istifadə mexanizmi pozulur. Beləliklə, beyin əlavə enerji mənbəyi əldə edir.
Bundan əlavə, intervalla oruc hüceyrələrin “təmizlənməsi” prosesini, yəni autofagiyanı aktivləşdirir, zədələnmiş zülalların uzaqlaşdırılmasına kömək edir və beyində iltihabı azaldır. Həmçinin neyronları dəstəkləyən və onların əlaqələrini gücləndirən, yaddaş və düşünmə üçün vacib olan BDNF maddəsinin səviyyəsi artır.
Müəlliflər qeyd edirlər ki, bu təsirlər Altsheymer xəstəliyi ilə əlaqəli zəhərli zülalların toplanmasını azalda və koqnitiv funksiyaları dəstəkləyə bilər. Nəticələr ümidverici görünsə də, alimlər bu yanaşmanın insanlar üçün faydasını təsdiqləmək məqsədilə əlavə klinik tədqiqatların aparılmasının zəruri olduğunu vurğulayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 06 May 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















