Alvaro Arbeloa özünü günahlandırdı
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa İspaniya futbol çempionatının 26-cı turunun "Xetafe"yə qarşı ev matçında komandanın məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.
Moderator.az "Marca" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" 0:1 hesabı ilə məğlub olub və bu mövsüm ilk dəfə milli çempionatda ardıcıl iki məğlubiyyət alıb.
"Həqiqət budur ki, qol vurmaq üçün şanslarımız oldu. Amma daha yaxşı oynaya biləcəyimizi demək də ədalətlidir. Oyunumuzu yaxşılaşdırmaq məsuliyyəti mənim üzərimdədir. Məğlubiyyətdə kimsə günahkardırsa, bu mənəm", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, "Real Madrid" İspaniya La Liqasında turnir cədvəlində 60 xalla ikinci yerdədir və "Barselona"dan dörd xal geridədir. Arbeloanın komandası növbəti matçını martın 6-da səfərdə "Selta Viqo" ilə keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 03 Mart 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















