Alver əvvəlki kimi deyil Müşfiq Şahverdiyev
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aktyor Müşfiq Şahverdiyev "Qonaqcanlı" verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.
"Ölkə.az" xəbər verir ki, aktyor ona ünvanlanan?- "deyirlər ki, ən bahalı aktyor Müşfiq Şahverdiyevdir" sualını cavablandırarkən bu fikirləri səsləndirib:
"Yox, belə deyil. Onsuz da ölkədə film sektoru o qədər də inkişaf etməyib. Pandemiyadan sonra isə bu sahə bir qədər də zəiflədi. Çünki həm teatrın, həm də kinonun tamaşaçı sayı azaldı. İndi inşallah ki, vəziyyət düzələr.
Türkiyə və ya Rusiya ilə müqayisə etsək, biz əslində, bahalı aktyorlar deyilik. Amma öz ölkəmizə gəldikdə, bir neçə aktyor var ki, onlara daha çox tələbat olduğuna görə qonorarları digərlərindən bir qədər yüksəkdir.
Qazancımıza gəlincə, əvvəlki kimi deyil. İndi şou-biznes nümayəndələri də tez-tez deyirlər ki, inan Allaha, alver əvvəlki kimi deyil. Biz də eyni sözü deyirik".
Baxış sayı:165
Bu xəbər 21 İyun 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















