Alya dan saxlanılması ilə bağlı qərara münasibət Foto
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Türkiyədə narkotik əməliyyatları nəticəsində daha 14 məşhur saxlanılıb.
Axşam.az-ın məlumatına görə, barəsində tutulma qərarı çıxarılan Sinem Özenç Ünsal məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
"Çəkilişlər səbəbi ilə Mardindəyəm. Haqqımda çıxan xəbərləri indi öyrəndim. Adımın belə bir mövzu ilə yanaşı çəkilməsindən son dərəcə kədərliyəm. Ancaq həqiqətin tək olduğunu bilirəm və məsul şəxslərin bu istiqamətdə atdığı addımlara hörmət edirəm. Üstümə düşən nə varsa, etmək üçün yaxın vaxtda İstanbulda olacağam" deyə, o, yazıb.
Xatırladaq ki, siyahıdakı 11 nəfər nəzarətə götürülsə də, birinin xarici ölkədə olduğu bildirilib. Digər 2 şəxsin saxlanılması istiqamətində işlər isə davam edir.
Qeyd edək ki, Sinem hazırda "Uzak şehir" serialında "Alya" obrazına həyat verir.
Baxış sayı:203
Bu xəbər 09 Aprel 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















