Icma.az
close
up
RU
Alyaskada heç bir sənəd imzalanmayacaq Kreml Avropanı ittiham edir, Ağ Ev isə

Alyaskada heç bir sənəd imzalanmayacaq Kreml Avropanı ittiham edir, Ağ Ev isə

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya tərəfi Vladimir Putin və Donald Trampın Alyaskadakı görüşündən sonra hər hansı sənəd və ya saziş imzalamağı planlaşdırmır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Putinin sözçüsü qeyd edib ki, görüşdə “Ukrayna nizamlanması ilə bağlı məsələlər” müzakirə olunacaq.

“Prezident Putin və Prezident Tramp danışmaq niyyətindədirlər, onlar danışmağa hazırdırlar və ən çətin məsələləri müzakirə edəcəklər”. Bununla yanaşı, Peskov görüşdə hər hansı sənədin imzalanmasının gözlənilmədiyini, lakin Putinin mətbuat konfransında açıqlamalar verəcəyini bildirib: "Heç nə gözlənilmir. Heç bir şey hazırlanmayıb və çətin ki, hər hansı sənəd olacaq. Amma ortaq mətbuat konfransının olacağını nəzərə alsaq, Putin əldə edilə biləcək razılaşmaları və anlaşmaları açıqlayacaq".

O, həmçinin Ukraynadakı müharibənin “mürəkkəb və çoxşaxəli” olduğunu bildirib. Peskov Avropadan şikayətlənib və “yəqin ki, avropalılardan adekvat cavab olmayacaq” deyə şikayətlənib. Görünür, bu zaman Peskov Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları yumşaltmaqdan, yaxud ləğv etməkdən imtinasını nəzərdə tutub.

Həmçinin görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyinin nəzərə alınıb-alınmayacağı ilə bağlı sualı cavablandıran Peskov deyib ki, hazırda müzakirə Rusiya Federasiyası ilə ABŞ arasında gedir və Ukrayna tərəfi ilə müzakirə “sonraki mərhələlərə aiddir”.

Bundan öncə isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Rusiya tərəfinin “arqumentləri, aydın, başa düşülən mövqeyi var və bu, Alyaskada keçiriləcək danışıqlarda təqdim olunacaq”. O əlavə edib ki, Stiv Uitkoffun Moskvaya səfərləri zamanı bu məsələ ilə bağlı çox işlər görülüb və o, “bu çox faydalı söhbətin” davam etdiriləcəyinə ümid edir.

Bu arada ABŞ Dövlət katibi Marko Rubio isə deyib ki, Tramp Putinlə danışıqlar zamanı Ukrayna və Rusiya arasında “müəyyən hərbi əməliyyatların dayandırılmasına” nail olacağına ümid edir. “Müəyyən” deyərkən nəyin nəzərdə tutulduğu tam bilinməsə də, bir çox müşahidəçilər bunun “hava atəşkəsi” olacağını düşünürlər. Yəni, dinc şəhərlərin və infrastrukturun bombalanması dayandırıla bilər. Bu da son zamanlar neft sektoru Ukrayna PUA-larının kütləvi zərbələrinə məruz qalan Rusiya üçün olduqca vacibdir. Tramp isə görüşdən əvvəl bir daha qeyd edib ki, Putin görüşdə atəşkəslə razılaşmasa, bunun “çox ağır nəticələri” olacaq.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Avqust 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri