Icma.az
close
up
RU
“Alyaskada Putin bunu bacardı...” Keçmiş müşavirindən Trampa ağır ittihamlar

“Alyaskada Putin bunu bacardı...” Keçmiş müşavirindən Trampa ağır ittihamlar

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Trampın Milli təhlükəsizlik üzrə keçmiş müşaviri və ABŞ-nin BMT-dəki keçmiş səfiri Con Bolton Prezident Donald Trampın Ukrayna siyasətini kəskin tənqid edib.

“AzPolitika” xəbər verir ki, Bolton sosial şəbəkə səhifəsindəki paylaşımında Trampın xarici siyasətini "çaşqınlıq, tələskənlik və nizamsızlıq" ilə xarakterizə olunduğunu qeyd edib.

Bolton yazıb ki, “çaşqınlıq, tələskənlik, eləcə də Ukrayna, Rusiya, Avropa ölkələri və Amerika arasında hər hansı nəzərəçarpacaq razılaşmanın olmaması səbəbindən Trampın danışıqları son nəfəsini yaşayır. Eynilə onun Nobel Sülh Mükafatı uğrunda kampaniyası kimi”.

Onun sözlərinə görə, Trampın sülh razılaşmasını tezləşdirmək cəhdinin uğursuzluğa məhkum olması qaçılmazdır. O qeyd edib ki, avqustun 15-də Putinlə Alyaskada keçirilən sammit “müasir tarixdə demək olar ki, görünməmiş” templə təşkil olunub. Bolton görüşdən sonra Trampın Moskvaya qarşı yeni sanksiyalardan və atəşkəs tələblərindən imtina etməsini xaotik diplomatiyanın sübutu kimi tənqid edib.

O, ABŞ administrasiyası daxilində fikir ayrılıqlarına da işarə edərək qeyd edib ki, Tramp Ukraynanın Rusiya ərazisinə zərbə endirməli olduğunu desə də, Pentaqon bunun əksinə yönələn addımlar atır.

Bolton qeyd edib ki, Hindistan kimi müttəfiqlər yeni 50%-lik tariflər səbəbindən əziyyət çəkərkən, Rusiya və Çin tam cəzasız qalır: “Onun(Trampın-red.) son iki həftə ərzində göstərdiyi səylər bizi Ukraynada sülhdən və ədalətli nizamlanmadan əvvəlkindən daha çox uzaqlaşdırdı”.

Bolton hətta Trampın özünü Riçard Niksonla müqayisə etməsini də pisləyib: “Trampın niyə rüsvayçılıqla istefa verən yeganə prezidentlə müqayisə olunmaq istəməsi anlaşılmazdır”.

Qeyd edək ki, Bolton bundan öncə Trampı Vladimir Putinlə Alyaskadakı görüşünə görə də tənqid edib. Onun fikrincə, “Alyaskada Putin Trampı yenidən öz təsiri altına salmağı bacardı”.

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri