Alzeymerlə bağlı yeni beyin xəritələri hazırlanıb
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) dəstəklədiyi alimlər Alzeymer xəstəliyi və digər beyin xəstəlikləri ilə əlaqəli molekulyar prosesləri daha detallı göstərən yüksək dəqiqlikli xəritələr hazırlayıblar.
Tədqiqatçılar 1 494 donorun beyin toxumasından 6,3 milyondan çox hüceyrə nüvəsini analiz ediblər. Bu, Alzeymer xəstəliyi zamanı beyində hansı hüceyrələrin və molekulyar proseslərin dəyişdiyini daha ətraflı müəyyənləşdirməyə imkan verib.
Araşdırma zamanı Alzeymer xəstəliyinə xas dəyişikliklərlə yanaşı, digər neyrodegenerativ xəstəliklərdə də müşahidə olunan ümumi molekulyar xüsusiyyətlər müəyyən edilib. Alimlər hesab edirlər ki, əldə olunan məlumatlar xəstəliyin inkişaf mexanizmlərinin daha yaxşı öyrənilməsinə, yeni diaqnostika üsullarının və müalicə hədəflərinin müəyyənləşdirilməsinə kömək edə bilər.
Tədqiqatın nəticələri alimlər üçün beyin xəstəliklərinin hüceyrə səviyyəsində öyrənilməsi baxımından geniş məlumat bazası yaradır.
Lalə Mehralı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 28 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















