Alzheimer xəstəliyi riskini artıran amillər
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə terapevt Daniil Trints məlumat verib.
Həkimin sözlərinə görə, kəllə-beyin travmaları, depressiya, siqaret çəkmək, alkoqoldan sui-istifadə və fiziki aktivliyin azlığı da xəstəliyin əsas risk faktorları sırasındadır.
O bildirib ki, 65 yaşdan yuxarı şəxslər və genetik meyilliyi olan insanlar da yüksək risk qrupuna daxildir.
Alzheimer riskini azaltmaq üçün mütəxəssis kifayət qədər yatmağı, müntəzəm fiziki fəaliyyətlə məşğul olmağı və MIND pəhrizinə əməl etməyi tövsiyə edib. Bu qidalanma modelinə yarpaqlı yaşıl tərəvəzlər, giləmeyvələr, qoz-fındıq, tam taxıllar, zeytun yağı, balıq, quş əti, paxlalılar və digər tərəvəzlər daxildir.
Həkim həmçinin vurğulayıb ki, Alzheimer xəstəliyinin profilaktikasında sosial əlaqələrin qorunması da mühüm rol oynayır. Onun sözlərinə görə, ailə üzvləri və dostlarla müntəzəm ünsiyyət, ictimai fəaliyyətlərdə iştirak və yeni insanlarla tanışlıq zehni aktivliyi stimullaşdıraraq idrak funksiyalarının qorunmasına kömək edir.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 İyul 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















