Alzheimerlə mübarizədə SENSASİON YENİLİK: beyin funksiyalarını bərpa edən preparat yaradıldı
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Amerikalı alimlər artıq inkişaf etmiş Alzheimer xəstəliyi zamanı belə beynin fəaliyyətini bərpa etməyə qadir olan P7C3-A20 adlı yeni preparat hazırlayıblar.
Bakupost.az xəbər verir ki, araşdırmalar zamanı müəyyən edilib ki, Alzheimer xəstəliyi zamanı hüceyrələrin enerji əldə etməsi üçün həyati əhəmiyyət daşıyan NAD⁺ maddəsinin səviyyəsi kəskin azalır. Bu isə neyronların zəifləməsinə, iltihab proseslərinin güclənməsinə, həmçinin xəstəliyin əsas səbəbləri sayılan amiloid və tau zülallarının yığılmasına gətirib çıxarır.
Yeni preparat P7C3-A20 hüceyrələrdə NAD⁺ səviyyəsini normal fizioloji həddə saxlamağa kömək edir. Laboratoriya şəraitində siçanlar üzərində aparılan sınaqlar göstərib ki, preparatın tətbiqindən sonra heyvanlarda idrak (kognitiv) funksiyalar bərpa olunub.
Alimlərin sözlərinə görə, dərman hələlik doklinik sınaqlar mərhələsini gözləyir. Uğurlu nəticələr əldə olunarsa, bu preparat Alzheimer xəstəliyinin müalicəsində illərdir davam edən çıxılmaz vəziyyəti dəyişə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 27 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















