Icma.az
close
up
RU
AMADAnın nümayəndə heyəti beynəlxalq qurumun iclasına qatılıb

AMADAnın nümayəndə heyəti beynəlxalq qurumun iclasına qatılıb

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 66-cı iclası keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, ölkəmizi tədbirdə qurumun icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin gündəliyinə ötən iclasın hesabatının təsdiqi, antidopinq siyasətinin beynəlxalq hüquq çərçivəsində təşkili, yeni çağırışlar və gələcək görüşlərin planlaşdırılması kimi müxtəlif məsələlər daxil edilib.

İclasda gender bərabərliyinin təşviqi məqsədilə idmanda ədalətli şəraitin yaradılması barədə fikir mübadiləsi aparılıb. "Antidopinqdə Gender Bərabərliyinin Təminatı" (GECA) komitəsinin fəaliyyəti müzakirə mövzuları sırasında yer alıb.

Tədbirdə, həmçinin "OneVoice" təşəbbüsünün əhəmiyyəti yüksək qiymətləndirilib. "OneVoice" dünyada antidopinq tədbirlərinin əlaqələndirilməsi və vahid strategiyanın inkişaf etdirilməsi məqsədi daşıyır. Təşəbbüsün niyyəti dövlət orqanlarının antidopinq sahəsində əməkdaşlığını gücləndirərək, dopinqə qarşı mübarizənin effektivliyini artırmaqdır. CAHAMA üzvləri təşəbbüsün tətbiqinə dair təkliflərlə çıxış ediblər.

İclasda idmançıların hüquqlarının beynəlxalq müstəvidə qorunması üçün müvafiq yeni təşəbbüslərin ortaya qoyulması ilə yanaşı, qarşıya çıxan problemlərin həll yolları da müzakirə edilib.

WADA İcraiyyə Komitəsi və Təsisçilər Şurasının mövqeyi ilə bağlı müzakirələrin aparıldığı iclasda gələcəkdə bu platformaların daha da gücləndirilməsi üçün təkliflər təqdim olunub. Həmçinin CAHAMA-nın gələcək iclasının gündəliyi müəyyən edilərək, üzv ölkələr arasında təcrübə mübadiləsinin daha da dərinləşdirilməsi və antidopinq siyasətlərinin əlaqələndirilməsi qərara alınıb.

Tədbirdə CAHAMA-ya yeni sədr və sədr müavini, GECA-ya sədr vəzifələrinə seçkilər elan olunub. 2025-ci il martın 12-si namizədlər üçün son müraciət tarixi kimi açıqlanıb.

İclas işini müxtəlif mövzularda müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see376

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see362

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see332

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see321

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see313

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see291

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see275

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see274

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see262

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see259

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see253

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see250

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see249

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see248

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see239

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see235

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see233

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see207

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see205

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri