Icma.az
close
up
RU
AMADAnın təşkilatçılığı ilə dəyirmi masa keçirilib

AMADAnın təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Apasport.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində baş tutub.

Dəyirmi masada Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyinin nəzdində Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyinin rəsmi nümayəndələri iştirak ediblər.

AMADA-nın icraçı direktoru Təhminə Tağızadə təqdimatla çıxış edərək, agentliyin Dövlət Proqramından irəli gələn vəzifələri, əldə olunan nailiyyətlər, idman ictimaiyyətinin təmiz idman prinsiplərinə sadiqlik nümayiş etdirməsi üçün maarifləndirmə işinin aparılmasının əhəmiyyəti, sağlam cəmiyyət və gələcək naminə narkomaniyaya qarşı mübarizədə həmrəylik nümayiş etdirilməsinin vacibliyi barədə məlumat verib.

AMADA rəsmisi rəhbərlik etdiyi qurumun beynəlxalq antidopinq müstəvisindəki mühüm rolu, Azərbaycanın idman imicinin qorunması istiqamətində görülən işlər, müstəqil antidopinq siyasətinin formalaşmasında atılan addımlardan danışıb və əsas məqsədin təkcə dövlət qurumlarının birgə fəaliyyəti deyil, həm də cəmiyyətin bu məsələyə daha həssas yanaşmasınının önəmini diqqətə çatdırıb.

Sonra AMADA tərəfindən keçirilmiş psixoaktiv maddələrin istifadəsinin təsiri və yayılması ilə bağlı sorğunun nəticələri təqdim olunub və müzakirələr aparılıb.

Dəyirmi masada əsas müzakirə mövzuları arasında narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları və müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin bu təhlükələrdən qorunması üçün maarifləndirmə işlərinin artırılması, eləcə də idmançıların sağlamlığını təmin etmək məqsədilə bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, analizi və mümkün mənfi təsirlərinin araşdırılması məsələləri də yer alıb.

Qubada müxtəlif idman növləri üzrə təlimlər keçirilib Şpaqaçımız Türkiyədə qızıl medal qazanıb APA-nın 20 illik yubileyidir Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri