Icma.az
close
up
RU
“Amal Group” MMC nin maliyyə qalmaqalı MİLYONLARLA DÖVLƏT VƏSAİTİ NECƏ TALAN EDİLİR…

“Amal Group” MMC nin maliyyə qalmaqalı MİLYONLARLA DÖVLƏT VƏSAİTİ NECƏ TALAN EDİLİR…

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu şirkət Qubadlıda podratçının ödənişini niyə vermək istəmir?

“Amal Qrup” MMC 2024-cü ilin may ayında Qubadlıda Zilanlı kəndinin tikinti quruculuq işləri ilə bağlı tender nəticələrinin qalibi olub. Nəticələrə əsasən, “Amal Group” Qubadlının Mahrızlı və Zilanlı kəndlərini inşa etməli və hətta bir müddət öncə təhvil verməliydi. Ancaq şirkət dövlətdən aldığı pulları mənimsəyərək, digər yarım qalmış işlərinə yönləndirib, aylarla ərazidə tikinti işlərini həyata keçirən şirkətləri isə ödənişlərini verməyib. Nəticədə 100-lərlə işçi zəhmətinin haqqını ala bilmədiyi üçün Qubadlıda etiraz aksiyaları keçirmiş, ödənişlərini almayacaqları təqdirdə özlərini yandıracaqları ilə hədələmişlər. Baş verən hadisələr video lentə alınaraq sosial şəbəkələrdə paylanılmışdır.

Lakin etiraz aksiyaları "tez bazar" yatışdırmaq, baş verən qanunsuzluqların çox "səs-küyünün" çıxmamasını arzu etməyən  “Amal Group” rəhbərliyi hardansa bir neçə yüz min manat pul taparaq, qanunsuz şəkildə işçilərə ərazidə nəğd ödənişlər həyata keçirərək ödəmişdir. Halbuki, bu qanunsuzluq, həm də cinayət faktıdır.

Bütün bunlarla bağlı “Hürriyyət”ə açıqlama verən UPSİLON MMC-nin səlahiyyətli nümayəndəsi Rəşad Quliyev bildirib ki, “Amal Group”-un qanunsuzluqları bununla bitməmiş, müqavilə imzaladığı şirkət və subpodratçı şirkəti də 3 ay ərazində ağır şərtlər altında işlətmiş, onların da gördüyü işləri heçə sayaraq ödənişlərini həyata keçirməmişdir. Nəticədə UPSİLON MMC həm işçilər, həm də dövlət qarşısında ciddi şəkildə borclanmışdır. Məhz bu səbəbdən UPSİLON şirkətinin 200 000 manatdan çox dövlətə qarşı borcu yaranmışdır. Beləliklə, dövlətin vəsaitini məqsədinə uyğun xərcləmədiyi üçün “Amal Group” qanunsuzluq etmişdir.

Artıq bununla bağlı rəsmi strukturlara UPSİLON MMC rəhbərliyi tərəfindən müraciət olunmuşdur. Bu azmış kimi, şirkət digər bölgələrdə fəaliyyət göstərən istehsal müəssisələrinə, işə götürdüyü briqadalara da ödəniş etməmiş, "arxamda gücüm var" deyərək, hər kəsə meydan oxumaqda, belə desək, ölkədə “meydan sulamaqda”dır. "Burada mənəm, Bağdadda kor xəlifə" məsələsi ilə davranan “Amal Group” bu günə qədər UPSİLON şirkətinə yaranmış olan 2 milyona yaxın vəsaiti ödəməkdən boyun qaçırır.

Bu azmış kimi, UPSİLON şirkətinə məxsus əmlakları mənimsəyən, özlərində faktiki girov saxlayan “Amal Group” rəhbəri Orxan İbrahimli nə qanun tanıyır, nə qayda.

Yalnız hər bəhanə ilə ödəmə etməyən, başqa şirkətə məxsus avadanlığı mənimsəyən, faktiki olaraq girov saxlayan və öz qaydalarına diqtə etdirməyə çalışan Orxan İbrahimli vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, nə müqavilə şərtinə əmək edir, nə də UPSİLON MMC-yə məxsus əmlakları qaytarmaqdan imtina edir.

“İndi sual olunur, dövlət vəsaitini məqsədinə uyğun xərcləməyən, tenderdən qazandığı pulu işi icra edən şirkətə ödəməyən, subpodratçının inventarlarını girov saxlayan və ya mənimsəyən şirkət öz qanunsuzluqlarına necə haqq qazandıracaq və kimə güvənərək bu addımları atır?”, - deyən Rəşad Quliyev sonda onu da əlavə edir ki, istənilən şəxslərə bu haqda rəsmi sübutları təqdim etməyə hazırdır.

“Hürriyyət”

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Mart 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri