AMB: Azərbaycanda fintexlərin dövriyyəsi 39 mlrd. manata yaxınlaşıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda lisenziyalaşmış fintexlərin dövriyyəsi 38,8 mlrd. manatı ötüb.
“APA-Economics” xəbər verir ki, bunu “Bakı Fintex Forum 2025-də” çıxışı zamanı Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov deyib.
O bildirib ki, bu rəqəmin daha da artacağı gözlənilir.
V. Xəlilov həmçinin əlavə edib ki, aylıq kart dövriyyəsi 10 mlrd. manata çatıb. Bu isə nağdsız ödənişlərə keçidin bir nümunəsidir.
“ Azərbaycan Mərkəzi Bankı fintex sektorunun inkişafı üçün səylərini davam etdirir. Ani Ödəniş Sistemindən istifadə səviyyəsinin artırılması bu baxımdan önəmlidir. Artıq Azərbaycanda açıq bankçılıq sisteminin tətbiqinə başlanılıb, iki bank bu sahə üzrə işlərə başlayıb”- sədr müavini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















