AMB: Azərbaycanda zəlzələ risklərinin maliyyə yükü əvvəlcədən qiymətləndiriləcək
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda katastrofik risklərin modelləşdirilməsi artıq test rejimində həyata keçirilməyə başlanılıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov DOST TV-nin "Sığortalı Dost" verilişində deyib.
Onun sözlərinə görə, bu mexanizm sığortaçılara sığortalanmış əmlaklar üzrə ölkədə mövcud olan müxtəlif katastrofik risklərin, xüsusilə də zəlzələlərin baş verməsi halında sığortalı obyektlərə dəyə biləcək potensial zərərləri əvvəlcədən qiymətləndirməyə imkan verəcək.
V. Qurbanov bildirib ki, bu imkan dövlət üçün də yaradılıb və test mərhələsindən sonra sistem həm dövlət qurumlarına, həm də sığorta sektoruna təqdim ediləcək.
"Nəticədə hər hansı zərər baş verməmişdən əvvəl dövlət sığortalanmalı olan və ya zəlzələ nəticəsində zərər görməsi ehtimal edilən məbləğləri əvvəlcədən proqnozlaşdıra biləcək. Bu isə risklərin idarə olunması üçün qabaqlayıcı müdafiə mexanizmlərindən istifadəyə şərait yaradacaq. Eyni zamanda sığorta şirkətləri əhali və biznes üçün katastrofik risklərdən irəli gələn mümkün maliyyə yüklərini üzərinə götürə biləcək, sığortalılar isə bu riskləri sığortaçılara ötürmək imkanı qazanacaqlar", - AMB-nin baş direktoru qeyd edib.
V. Qurbanov əlavə edib ki, bu istiqamətdə genişmiqyaslı layihə icra olunur: "Daşınmaz əmlakın icbari sığortası üzrə yaşayış sahələri və mənzillərlə bağlı dəyişiklikləri nəzərdə tutan layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib".
AMB rəsmisi vurğulayıb ki, bu sahədə yalnız sığortalama prosesi deyil, eyni zamanda hadisə baş verdiyi anda zərərlərin tənzimlənməsi mexanizmlərinin də təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır: "Çünki hər hansı katastrofik risk baş verdikdə zərər tənzimlənməsi çevik, operativ və şəffaf şəkildə həyata keçirilməlidir".
Baxış sayı:35
Bu xəbər 12 Yanvar 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















