Icma.az
close
up
RU
AMB bankların məcmu və 1ci dərəcəli kapitalı üzərində əlavə bufer təyin edib

AMB bankların məcmu və 1ci dərəcəli kapitalı üzərində əlavə bufer təyin edib

Icma.az bildirir, Banco.az portalına istinadən.

Mərkəzi Bankın İdarə Heyəti bankların məcmu və 1-ci dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi və bu normativin 01 mart 2025-ci il tarixindən sonra tətbiqinə başlanması ilə bağlı qərar qəbul edib.

Bu barədə  AMB-dən bildirilib. Kontr-tsiklik buferin aktivləşdirilməsi qərarı müvafiq Qaydalara uyğun olaraq əsasən kredit “gap”i göstəricisinin 2%-i üstələməsi nəzərə alınaraq qəbul olunub. Əlavə olaraq, bank sektorunda müşahidə edilən yüksək kreditləşmə dinamikası, bankların mənfəətliliyi və maliyyə dayanıqlılığı göstəriciləri də buferin tətbiqini şərtləndirən amillər sırasındadır.

2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin illik artımı 19.6% təşkil edib ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Fəaliyyətdə olan 22 bankın 19-də kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.

Müvafiq qaydalara əsasən kontr-tsiklik buferin aktivləşdirilməsi üçün əsas göstərici kimi cəmi kredit portfelinin ÜDM-ə nisbətinin uzunmüddətli trendi və cari göstəricisi arasındakı fərq (kredit “gap”i) istifadə olunur. Son qiymətləndirmələrə görə bu göstərici 2.9% təşkil edərək kontr-tsiklik buferin aktivləşdirilməsini aktuallaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bank sektorunun yüksək mənfəətliyi və kapitallaşma səviyyəsi də kontr-tsiklik buferin tətbiqini dəstəkləyən amillər kimi çıxış edib. Cari ilin 11 ayında banklar 966 mln. manat xalis mənfəət əldə etmiş, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18.4% təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 mlrd. manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17.5% olub. Bu şəraitdə banklar 2023-cü il ərzində 456 mln. manat, ötən il isə 610 mln. manat dividend ödənişi həyata keçirib.

Kontr-tsiklik buferin aktivləşdirilməsi Bazel Komitəsinin tövsiyələrinə uyğun olaraq bank sektorunun dayanıqlılığını artırmaq və maliyyə sabitliyini dəstəkləmək məqsədi daşıyır. Bu makro-prudensial alətin tətbiqi bank sektorunun mümkün şoklara qarşı dayanıqlılığını artırmaqla yanaşı onun kreditləşmə fəaliyyətinin fasiləsizliyinə imkan verəcəkdir.

Hesablamalara əsasən, kontr-tsiklik buferin tətbiqindən sonra sektorun risk üzrə ölçülmüş potensial aktivlərinin həcmi 18.7 mlrd. manat səviyyəsində qiymətləndirilir. Bu onu göstərir ki, yeni qərardan sonra da bank sektorunun kredit portfelinin əhəmiyyətli genişlənmə potensialı qalır. Həmçinin buferin iki aydan sonra tətbiqinə başlanması onun növbəti dövrlərdə banklarda strateji planlaşdırma və büdcə proseslərində, habelə kapitallaşma və dividend siyasətlərində nəzərə alınmasına imkan yaradır.

APA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://banco.az
archiveBu xəbər 06 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri