AMB cari əməliyyatlar balansının profisitinə dair proqnozunu yeniləyib
Icma.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il cari əməliyyatlar balansının profisitinin 4 milyard ABŞ dolları, gələn il isə 3,5 milyard ABŞ dolları olacağını proqnozlaşdırır. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Bu ilin yanvar ayında qurum 2025-ci ildə cari əməliyyatlar balansının profisitinin 5,5 milyard ABŞ dolları olacağını açıqlamışdı.
"Son bir neçə ayda qlobal mühitdə kifayət qədər çox qeyri-müəyyənliklərə baxmayaraq profiitlə bağlı proqnozumuz müsbətdir", - deyə o əlavə edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın cari əməliyyatlar balansının profisiti 4,7 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 6,3 %-i qədər olub. Bu, 2023-cü illə müqayisədə 43,3 % azdır.


