AMB iki elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” və “A-Solutions" MMC-lər elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadfən xəbər verir.
Məlumata görə, həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində hər iki şirkətin 1 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatları aparması faktları aşkar edilib. Bu əsasla təşkilatlara VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilib.
Bu mövzuda digər xəbərlər:AMB iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
12 Avqust 2025 23:25
AMB iki investisiya şirkətinə icrası məcburi göstəriş verib
29 May 2025 14:37
Mərkəzi Bank elektron pul təşkilatına məcburi göstəriş verib
10 Aprel 2025 16:01
AMB “Kapital Bank”a icrası məcburi göstəriş verib
05 Dekabr 2024 11:41
Baxış sayı:82
Bu xəbər 30 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















