Icma.az
close
up
RU
AMB maliyyə sektorunda gender bərabərliyinin artırılmasını hədəfləyir

AMB maliyyə sektorunda gender bərabərliyinin artırılmasını hədəfləyir

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin maliyyə sektorunda gender bərabərliyinin artırılması və korporativ idarəetmənin gücləndirilməsi istiqamətində yeni addımlar atmağı planlaşdırır. SİA xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədr müavini Gülər Paşayeva bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan banklarında, sığorta və investisiya şirkətlərində rəhbər şəxslərin cəmi 10-15 %-i qadınlardır.

Bundan başqa, G.Paşayeva bildirib ki, maliyyə institutlarında gender bərabərliyinin artırılması məqsədilə yeni siyasət və strategiyaların hazırlanması nəzərdə tutulur.

"Artıq tövsiyə sənədi qəbul etmişik. Bu sənəddə qeyd olunub ki, ölkənin aparıcı banklarının və digər maliyyə institutlarının İdarə Heyətində (İH) azı bir qadın olsun" – deyə o vurğulayıb.

AMB rəsmisi gender bərabərliyi ilə bağlı beynəlxalq təcrübəni öyrənmək üçün Böyük Britaniyaya səfər edəcəyini, bu ölkənin paytaxtı Londonda yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında görüşlər keçirəcəyini deyib: "Hazırda AMB-nin İH-də beş kişi var və bəlkə də, onları bu məsələnin əhəmiyyətinə inandırmaq çətin olacaq. Buna görə də güclü arqumentlərə ehtiyacım var. İnkişaf etmiş ölkələrin gender siyasəti sahəsində hansı yolları keçdiyini öyrənərək, əldə etdiyim bilikləri ölkəmizdə tətbiq etmək istəyirəm".

O, qadınların peşəkar inkişafına dəstək vermək üçün müxtəlif təlim və mentorluq proqramlarının həyata keçirilməsinin planlaşdırıldığını da qeyd edib: "Maliyyə sektorunda çalışan qadınlar üçün liderlik təlimlərini artıq planlaşdırmışıq. Bundan əlavə, icraçı direktor kimi çalışdığım dövrdə AMB-də qadınların rəhbər vəzifələrə irəli çəkilməsini aktiv şəkildə dəstəkləmişəm."

G. Paşayeva Azərbaycanda qadınların təhsil sahəsində aktivliyinin yüksək olduğunu, lakin ailə qurduqdan sonra onların peşəkar fəaliyyətlərini davam etdirməkdə çətinliklərlə üzləşdiyini qeyd edib: "Qadınlara lazımi imkanlar yaradıldıqda onların uğur qazandığını görürük. Təhsildə və universitetlərə qəbulda qadınların fəallığı var. Lakin ailə həyatı qurduqdan sonra vəziyyət dəyişir, çünki qadınlar övladlarına baxmaq məsuliyyətini üzərlərinə götürürlər. Cəmiyyətin bu sahədə daha inklüziv yanaşması üçün qadınların peşəkar fəaliyyətdə daha çox iştirakını təşviq etmək lazımdır. Mən ailələrin düşüncə tərzini dəyişə bilmərəm. Amma qadınlar üçün pozitiv rol modelləri yaradaraq onların iş həyatına münasibətini dəyişməkdə kömək edə bilərəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Mart 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri