AMB nin baş direktoru: Kapital bazarlarının inkişafı prioritet olaraq qalır
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) istiqraz emissiyasına bazarda pul transmissiyasının daha yaxşı işləməsi kimi baxır.
“APA-Economics” xəbər verir ki, bunu AMB-nin baş direktoru Tərlan Rəsulov istiqrazların yerləşdirilməsi ilə bağlı "Açılış zəngi" tədbirində bildirib.
Onun sözlərinə görə, bu, investorlar üçün şəffaflığın artırılması və faiz dərəcələrinin daha yaxşı idarə edilməsi deməkdir: “Bütövlükdə AMB olaraq kapital bazarlarında genişmiqyaslı islahatlar davam edir. Bununla bağlı məsələlər 2030-cu il strategiyasında da öz əksini tapacaq. AMB üçün kapital bazarlarının inkişafı prioritet olaraq qalır. EBRD-nin istiqraz emissiyası təkcə maliyyə bazarlarına deyil, həm də Azərbaycan iqtisadiyyatına inamın göstəricisidir, bizim üçün təcrübədir, beynəlxalq standartlara uyğunluqdur”.


