AMB: Ödəniş sistemləri üzrə qanuna dəyişiklik ediləcək
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Azərbaycan Mərkəzi Bankı ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanununa dəyişiklik layihəsi hazırlayır.
“APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət və siyasət departamentinin direktoru Ülfət Yusifov bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə deyib.
O bildirib ki, Mərkəzi Bank hər zaman bazar iştirakçıları tərəfindən hər hansı innovativ məhsulların təqdim olunmasına müsbət yanaşıb:
"Biz çoxsaylı müraciətləri nəzərə alaraq Azərbaycan Respublikasının ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanununa və ondan irəli gələn digər normativ aktlara müvafiq dəyişilik layihəsi hazırlayırıq. Həmin layihədə hesab edirik ki, bir çox ölkələrdə olduğu kimi maliyyə, ödəniş sektorunda innovativ xidmətlərin Azərbaycanda da göstərilməsi nəzərdə tutulacaq. Təbii ki, bu istiqamətdə riskləri də gözə alırıq və onların minimuma endirilməsi üçün əlimizdən gələni edəcəyik", - deyə AMB rəsmisi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 24 İyun 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















