Icma.az
close
up
RU
AmCham Azərbaycan nümayəndə heyəti ilə MMX arasında yüksək səviyyəli görüş keçirilib

AmCham Azərbaycan nümayəndə heyəti ilə MMX arasında yüksək səviyyəli görüş keçirilib

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Görüşdə MMX-ın İdarə heyətinin sədri Zaur Fətizadə başda olmaqla qurumun rəhbər heyəti iştirak edib. Görüşün əvvəlində çıxış edən Zaur Fətizadə AmCham Azərbaycanın uzun illərdir ölkədə biznes mühitinin inkişafına verdiyi töhfələri və qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirdiyini vurğulamışdır. O, bu platformanın dövlət–özəl sektor dialoqunun güclənməsində mühüm rol oynadığını söyləyib.
Görüş AmCham Azərbaycanın Ağ Sənəd 2025 çərçivəsində təqdim olunmuş təkliflərin müzakirəsinə həsr olunub. Tərəflər maliyyə-bank sektoruna dair gözləntiləri, qeyri-bank seqmentində ƏL/TMM nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərini, komplayns və şəffaflıq sahəsində tənzimləyici yanaşmaların gücləndirilməsi məsələlərini, həmçinin dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi perspektivlərini ətraflı şəkildə nəzərdən keçirib. Müzakirələr zamanı biznes mühitində etibarlılığın artırılması və daha effektiv tənzimləyici çərçivələrin formalaşdırılması üçün birgə fəaliyyət imkanları dəyərləndirilib.
Görüşün davamında MMX tərəfindən tətbiq olunan ŞƏMS (Şübhəli Əməliyyatların Monitorinq Sistemi) platformasının inteqrasiya imkanları, funksionallığı və inkişaf istiqamətləri təqdim olunub. MMX nümayəndələri sistem üzrə aparılan yenilənmə prosesləri, eləcə də gələcək mərhələlərdə nəzərdə tutulan texnoloji və metodoloji təkmilləşdirmələr barədə məlumat verib. ŞƏMS-in inkişafının maliyyə sektorunda şəffaflığın və hesabatlılığın gücləndirilməsinə, komplayns risklərinin azaldılmasına xidmət etdiyi vurğulanıb. Zaur Fətizadə həmçinin maliyyə əməliyyatlarında şəffaflığın təmin olunması və komplayns risklərinin minimuma endirilməsi istiqamətində dövlət qurumları ilə biznes icmasının birgə fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Görüş çərçivəsində beynəlxalq əməkdaşlıq perspektivlərinə toxunulub və ölkədə maliyyə sabitliyi və beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi üçün əlavə imkanlar yarada biləcəyi qeyd olunub. Müzakirələrin nəticəsi olaraq tərəflər bir sıra əməli fəaliyyət istiqamətləri üzrə razılığa gəlib. Belə ki AmCham Azərbayan platforması vasitəsilə ƏL/TMM və komplayns mövzularında maarifləndirici təlim sessiyalarının təşkili, bank sektoru ilə tematik və analitik görüşlərin keçirilməsi, həmçinin qaldırılan məsələlərin dərinləşdirilmiş araşdırılması və koordinasiyalı şəkildə davam etdirilməsi məqsədilə MMX və AmCham Azərbaycan nümayəndələrindən ibarət birgə işçi qrupunun formalaşdırılması daxildir.
AmCham Azərbaycan Bank-Maliyyə-Sığorta Komitəsinin 2026-cı il fəaliyyət planı da bu mövzulara xüsusi prioritet ayırır və görüş zamanı müəyyən edilmiş istiqamətlər əsasında genişlənmiş əməkdaşlıq və maarifləndirici təşəbbüslərin icrasını nəzərdə tutur. Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən AmCham Azərbaycan 300-ə yaxın üzv şirkəti təmsil edən aparıcı biznes assosiasiyası kimi ölkədə əlverişli biznes mühitinin təşviqinə yönəlmiş fəaliyyətini aktiv şəkildə davam etdirir.
AzVision.az
Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Noyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri