Icma.az
close
up
RU
AMEA da Azərbaycan Misir elmi əməkdaşlığı müzakirə edilib

AMEA da Azərbaycan Misir elmi əməkdaşlığı müzakirə edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 may, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri - mədəniyyət attaşesi professor Tarek Məhəmmədlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, tarixən Azərbaycan ilə Misir arasında mövcud olmuş əlaqələrin müasir dövrdə elmi və mədəni sahələrdə daha da inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. AMEA rəhbəri qeyd edib ki, bu münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Şərqlə Qərb arasında körpü rolunun möhkəmləndirilməsinə töhfə verir.

Akademik İsa Həbibbəyli AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının Misirin müvafiq qurumları ilə ərəb dili, İslam mədəniyyəti, Şərq fəlsəfəsi, qədim əlyazmalar, ədəbiyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin olduğunu söyləyib.

Sonra çıxış edən professor Tarek Məhəmməd bildirib ki, səfərinin əsas məqsədi Misirin elm və mədəniyyət qurumları ilə Azərbaycan arasında mövcud əlaqələri daha da genişləndirməkdir. Bu istiqamətdə hər iki ölkənin elmi müəssisələrinin birgə təşəbbüsləri və fəal iştirakı mühüm rol oynayacaq. Professor Tarek Məhəmməd vurğulayıb ki, rəhbərlik etdiyi Mərkəz elm və mədəniyyət sahəsində əməkdaşlıq üçün hər cür dialoqa və dəstəyə hazırdır.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva çıxışında professor Tarek Məhəmmədin ərəb dili üzrə mütəxəssis olduğunu deyib, rəhbərlik etdiyi institutun ərəb ölkələri ilə illərdən bəri davam edən səmərəli əməkdaşlıq təcrübəsindən danışıb və onu institutla yaxından tanış olmağa dəvət edib.

Görüşdə, həmçinin AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Folklor İnstitutunun direktoru Hikmət Quliyev, Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Əliyev, Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətli, Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Xəzər Zeynalov və Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli əyani və onlayn çıxış edərək əməkdaşlıq üçün təkliflərini səsləndiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri