Icma.az
close
up
RU
AMEA da görüş: Azərbaycan və Rumıniya alimləri arasında elmi əlaqələr qurulur

AMEA da görüş: Azərbaycan və Rumıniya alimləri arasında elmi əlaqələr qurulur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 aprel, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rumıniyanın Yassı şəhərində fəaliyyət göstərən Petre Andrei Universitetinin rektoru, Rumıniya Akademiyasının “Vasile Conta” mükafatı laureatı, dosent Sorin Bokançanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı akademik İsa Həbibbəyli Azərbaycan ilə Rumıniya arasında müxtəlif sahələrdə mövcud əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, xüsusilə elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, artıq AMEA-nın Rumıniyanın bir universiteti ilə elmi əməkdaşlıq müqaviləsinin mövcud olduğunu diqqətə çatdırıb. AMEA rəhbəri universitetlərlə yanaşı, Rumıniya Elmlər Akademiyasının elmi-tədqiqat institutları ilə də əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb. Birgə elmi konfransların təşkili, kitabların nəşri, elmi məqalələrin qarşılıqlı mübadiləsi kimi təşəbbüslərin perspektivli istiqamətlər olduğunu bildirib və bu görüşün gələcək əməkdaşlıq üçün stimul yaradacağını ifadə edib.

Rektor Sorin Bokança rəhbərlik etdiyi ali məktəbin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, aprelin 22-də Qarabağ Universitetində “Polis” elmi jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasiminin keçirildiyini qeyd edib. Rektor AMEA və Azərbaycan universitetləri ilə elmi əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını vurğulayıb.

“Polis” jurnalının icraçı direktoru dosent Sabin Draqulin çıxış edərək nəşrin tarixi, elmi məqalələrin qəbul prinsipləri və beynəlxalq fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, jurnal rumın, ingilis, alman və italyan dillərində nəşr olunur və beynəlxalq elmi ictimaiyyətdə tanınır. O, Azərbaycan alimlərini də jurnalla əməkdaşlığa dəvət edib.

Görüş çərçivəsində “Polis” jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışı akademik İsa Həbibbəyliyə təqdim olunub.

Sonda nümayəndə heyəti AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, onlara binanın tarixi barədə məlumat verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri