Icma.az
close
up
RU
AMEA da keçirilən beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirib

AMEA da keçirilən beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmlər Akademiyasının (TÜBA) birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda keçirilən beynəlxalq simpozium öz işini bölmə iclasları ilə davam etdirib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Bölmə iclaslarında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkər, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının prezidenti, TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri professor Əhməd Nuri Yurdusev, hər iki ölkədən elmi qurumların, strateji araşdırma mərkəzlərinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə olduğu kimi elmi və mədəni istiqamətlər üzrə də sistemli şəkildə dərinləşir və dünya miqyasında nümunəvi model kimi dəyərləndirilir. Akademik bildirib ki, iki ölkənin strateji tərəfdaşlığının bünövrəsini təşkil edən münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın uzaqgörən liderliyi ilə bütün sahələrdə yeni mərhələyə qədəm qoyub. AMEA rəhbəri qeyd edib ki, bu cür elmi platformalar iki ölkənin akademik dairələri arasında əməkdaşlığın gücləndirilməsinə, ortaq elmi araşdırmaların təşviqinə və ortaq intellektual məkanın qurulmasına mühüm töhfələr verir.

“Türkiyə-Azərbaycan əlaqələrinin strateji əsasları” mövzusunda birinci sessiya TÜBA-nın professoru Şener Aktürkün moderatorluğu ilə baş tutub. Sessiyada AMEA-nın A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun direktoru Kərim Şükürov “Heydər Əliyev: Azərbaycan və Türkiyə respublikaları arasında müasir münasibətlərin banisi” adlı məruzəsində iki ölkənin strateji tərəfdaşlığının banisi kimi Ulu Öndərin siyasi kursunu elmi əsaslarla təhlil edib.

İbn Haldun Universiteti nəzdində fəaliyyət göstərən Avrasiya Araşdırmaları üzrə Heydər Əliyev Mərkəzinin professoru Yaşar Sarı “Türkiyə - Azərbaycan münasibətlərində Heydər Əliyev irsi” mövzusunda çıxışında bu irsin çağdaş regional siyasətdəki rolunu vurğulayıb.

Sonra Türkiyə Milli İntellekt Akademiyasının dosenti Muhammet Koçak, AMEA-nın Şərqşünaslıq İnstitutunun dosenti Məmmədəli Babaşlı və Koç Universitetinin dosenti Belgin Şan tərəfindən təqdim olunan çıxışlarda Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı, enerji təhlükəsizliyi və posthegemon çoxtərəfliliyin yeni modelləri ətrafında müzakirələr aparılıb.

“İkitərəfli münasibətlərin yeni imkanları” mövzusunda növbəti sessiya tarix elmləri doktoru Kərim Şükürovun moderatorluğu ilə davam etdirilib. Bu mərhələdə AMEA-nın Şərqşünaslıq İnstitutunun dosenti Namiq Məmmədov “Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu” mövzusunda təqdimatla çıxış edərək, regionda həyata keçirilən strateji enerji layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.

TÜBA-nın professoru Şener Aktürk “Azərbaycan və türk millətçiliyi və müqayisəli perspektivdə din: Konstitusiya münaqişələri, ekümenik müsəlman kimliyi və sekulyarizm” adlı məruzəsində milli ideoloji sistemlər arasında paralellər apararaq dövlət-din münasibətlərinə dair analitik təhlillər təqdim edib. Sessiyada AMEA-nın Şərqşünaslıq İnstitutundan fəlsəfə üzrə fəlsəfə doktoru Ceyhun Ağayev “Türkiyə - Azərbaycan diaspor əməkdaşlığı: yeni dövrdə strateji yanaşmalar” mövzusunda çıxış edərək, diaspor təşkilatları arasında koordinasiyanın gücləndirilməsinin milli maraqların beynəlxalq səviyyədə müdafiəsindəki roluna diqqət çəkib.

Mərmərə Universitetinin dosenti Serhan Afacan isə “Türk Dövlətləri Təşkilatı və onun İranın Türkiyə və Azərbaycanla münasibətlərinə təsiri” adlı təqdimatında bu təşkilatın regional və qlobal əhəmiyyətini, eyni zamanda İranla münasibətlərə təsir mexanizmlərini izah edib.

Son məruzə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun təqdimatında olub. “Azərbaycan-Türkiyə münasibətlərində kitabxanaların rolu” mövzusunda çıxış edən alim elmi məlumat mübadiləsinin, ortaq elmi platformaların qurulmasının və mədəni yaddaşın qorunmasında kitabxanaların strateji rolunu vurğulayıb.

Tədbirin birinci gününün yekununda sessiyaların yüksək elmi səviyyədə keçdiyi və Türkiyə -Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün elmi əsasların möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri