Icma.az
close
up
RU
AMEA da Ümummilli Liderə həsr edilmiş “Dahinin xatirəsinə” kitabının təqdimatı olub

AMEA da Ümummilli Liderə həsr edilmiş “Dahinin xatirəsinə” kitabının təqdimatı olub

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Mayın 7-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yazıçı-jurnalist Gülnarə Tomris İsmayılzadənin Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Dahinin xatirəsinə” kitabının təqdimatı keçirilib.

525.az xəbər verir ki, təqdimat mərasimini AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri akademik Nərgiz Axundova açaraq dahi liderin siyasi irsinin hər zaman elmi tədqiqatlar üçün zəngin mənbə olduğunu vurğulayıb. O, Ümummilli Liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri barədə faktların ictimaiyyətə çatdırılması istiqamətində təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib. Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu müvəffəqiyyətlə həyata keçirdiyini və ölkəmizin öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş güclü dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Akademik Nərgiz Axundova “Dahinin xatirəsinə” kitabı haqqında məlumat verərək qeyd edib ki, Azərbaycan dövlətinin müstəqillik əldə etməsindən sonra Ulu Öndərin ən mühüm məqsədlərindən biri hüquqi və sivil dövlət yaratmaq olub. Ümummilli Lider həyatının bütün məqamlarında atdığı hər bir addımda Azərbaycan xalqının rifahını, doğma Vətəninin maraqlarını düşünüb.

O, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti haqqında mühüm məqamların əks olunduğu kitabın milli yaddaş missiyasını həyata keçirdiyini söyləyib. Akademik Nərgiz Axundova kitabın Ümummilli Lider Heydər Əliyev haqqında ortaya qoyulmuş nəşrlər arasında öz layiqli yerini tutacağına inamını ifadə edib.

Sonra tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimov çıxış edərək Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi liderin Azərbaycan xalqının yaddaşında müstəsna yeri olan dövlət xadimi kimi hər zaman yaşayacağını bildirib. Vurğulayıb ki, Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Professor Təvəkkül Səlimov ictimaiyyətə təqdim olunan kitab barədə təəssüratlarını bölüşərək qeyd edib ki, nəşrdə yer alan 123 nəfərin məqaləsində müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin yorulmaz fəaliyyəti tarixi faktlarla oxucuya çatdırılır. Kitabda Ulu Öndərin dövlətçilik prinsipləri, onun müdrik siyasəti və xalqına sonsuz sevgisi müxtəlif rakurslardan əks olunub.

Tədbirdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik ənənələrindən söhbət açaraq bildirib ki, müasir Azərbaycan dövlətinin banisinin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnəkdir.

Fazil Mustafa nəşrdə Ümummilli Lider Heydər Əliyevin böyük irsi, dövlətçilik tariximizdə misilsiz xidmətləri, yüksək insani keyfiyyətləri və zəngin mənəvi dünyasının geniş şəkildə əks olunduğunu söyləyib. Vurğulayıb ki, bu kitab Ulu Öndərin şəxsiyyətinə böyük hörmətin və dərin ehtiramın ifadəsidir. Nəşrdə dahi liderin həyatına və irsinə dair dəyərli fikirlər və xatirələr toplanıb.

O, bu nəşrin Ümummilli Liderin həyat və fəaliyyətini dərin insani keyfiyyətləri ilə birlikdə təqdim edən dəyərli əsər olduğunu deyib.

Daha sonra tarix elmləri doktoru Eynulla Mədətli, Xalq artisti Məleykə Əsədova, Əməkdar artist Ruhəngiz Allahverdiyeva və digərləri çıxış edərək kitabın məziyyətlərindən danışıb, müəllifin Ulu Öndər Heydər Əliyevin irsini dərindən araşdıraraq dəyərli bir əsər ərsəyə gətirdiyini vurğulayıblar.

Sonda nəşrin müəllifi yazıçı-jurnalist Gülnarə Tomris İsmayılzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see275

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see211

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see194

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see184

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see151

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see147

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see142

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri