AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi hesabat verdi
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.
525.az xəbər verir ki, hesabatı Mərkəzin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib. Bildirib ki, 2025-ci ildə AMEA nəzdində RSXM-də 3 problemi əhatə edən 5 mövzu, 13 elmi-tədqiqat işi yerinə yetirilib. Mərkəzin əməkdaşları 4 (beynəlxalq və yerli) qrant layihələrində iştirak ediblər.
Hesabat ilində AMEA nəzdində RSXM-də 47 məqalə (12-si xaricdə), 19 tezis (12-si xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 9-u Web of Science və Scopus bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.
Qeyd edib ki, hesabat dövründə ukraynalı mütəxəssislərlə birgə “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi”, belaruslu alimlərlə birgə “Təbii geodinamik amillərin radon emissiyasının dinamikasına təsirinin öyrənilməsi”, eləcə də “Qarabağ ərazisində seysmikliyin səciyyəvi xüsusiyyətləri və potensial güclü zəlzələ ocaqlarının məkan vəziyyətinin müəyyənlədirilməsi”, “Günəş və Ay fiziki hadisələrinin məlumatları əsasında Azərbaycanda geodinamik proseslərin maqnitometriya üsulu ilə tədqiqi” layihələri üzrə işlər davam etdirilib.
Qurban Yetirmişli bildirib ki, 2025-ci ildə Bakı Televiziya Qülləsi (BTK) və ona bitişik ərazidə geoloji-geofiziki tədqiqatlar aparılıb və sürüşmə riskinin azadılması üzrə təkliflər verilib. Tədqiqat ərazisində zəif və mikro zəlzələlərin qeyd etmək məqsədi ilə lokal monitorinq sistemi də qurulub.
Məruzəçi diqqətə çatdırıb ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi) və AGU (Amerika Geofiziklər Birliyi) kimi beynəlxalq təşkilatların həqiqi üzvüdür. Həmçinin vurğulayıb ki, RSXM 30-dan çox ölkənin seysmoloji və geofiziki institutları ilə - GFZ Geoelmlər üzrə Almaniya Araşdırmalar Mərkəzi, Lawrence Livermore Milli Laboratoriyası (ABŞ), Berkeley Laboratoriyası (ABŞ), Missuri Universiteti (ABŞ), Viktoriya Universiteti (Kanada), Oksford Universiteti (Böyük Britaniya), Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin Zəlzələ Tədqiqatı Departamenti, İsrail Geofiziki İnstitutu, Cənubi Afrika Respublikasının Pretoriya Universitetinin Təbii Təhlükə Mərkəzi və s. sıx əməkdaşlıq edir. Alim 2025-ci il ərzində Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidə və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi ilə elmi əməkdaşlıq haqqında razılaşma protokolunun imzalandığını da söyləyib.
Baş direktor, həmçinin Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, qrantlar və təltiflər, elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də müəssisənin saytı və sosial şəbəkə hesablarının, “Seismoprognosis observations in the territory of Azerbaijan” jurnalının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Daha sonra müzakirələr aparılıb, AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 16 Yanvar 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















