AMEA nın iclasında yatan alimlər haqda narahatlıq doğuran xəbər
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının son iclasında alimlərin yuxulaması fərqli reaksiyalar doğurub. Bir qisim yaşlı elm adamlarının məsxərəyə qoyulmasını etik hesab etmir. Digər qisim isə 80 yaşı keçmiş şəxslərin hələ də akademiyada vəzifə tutmasının elmin dinamik inkişafına və gənc kadrların önə çəkilməsinə mane olduğunu bildirir.
Bəs ictimai müzakirəyə səbəb olan bu yuxulamanın arxasında hansı bioloji və tibbi səbəblər dayana bilər?
Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, sözügedən şəxslərin vəziyyətini birmənalı şəkildə mənfi qiymətləndirmək düzgün deyil.
Onun sözlərinə görə, həmin alimlər müəyyən yaş həddinə çatmış insanlardır və yorğunluq kimi amillər bu cür hallara səbəb ola bilər:
“İclas zamanı yuxulamanın səbəblərindən biri də müzakirələrin nə dərəcədə maraqlı və dinamik keçirilməsidir. Təəssüf ki, bəzən elə iclaslar olur ki, insanın diqqəti yayınır və onu yuxu tutur. Bununla yanaşı, auditoriyada havalandırma və ventilyasiya sistemi də mühüm rol oynayır”.
Həkim bəzi iştirakçılarda yanaşı xəstəliklərin ola biləcəyini də istisna etməyib:
“İştirakçılar arasında şəkərli diabeti və ya arterial təzyiq problemi olan şəxslər var. Bu kimi hallar təbii qarşılanmalıdır və xüsusi sensasiya mövzusuna çevrilməməlidir. Sadəcə, iclaslar elə təşkil olunmalıdır ki, iştirakçılar müzakirələrə fəal qoşula bilsinlər. Əgər müzakirə olunan mövzu dinləyici üçün maraqlı deyilsə, diqqətin yayınması və yuxulama hallarının baş verməsi təbii haldır”.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:348
Bu xəbər 27 Fevral 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















