AMEA prezidenti İsa Həbibbəyli Çində fəxri professor seçilib
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Çin Xalq Respublikasının Hebey Dövlət Pedaqoji Universitetinin Elmi Şurası tərəfindən həmin ali təhsil ocağının Fəxri professoru seçilib.
Bununla bağlı Çin Xalq Respublikasından akademik İsa Həbibbəylinin ünvanına göndərilən məktubda xəbər verilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Hebey Dövlət Pedaqoji Universitetinin Fəxri professoru adına Azərbaycan-Çin elmi əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası və Hebey Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Xəzərdən Çin Səddinədək: ədəbiyyat, texnologiya və sosial həyat” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Akademik İsa Həbibbəyli bu yaxınlarda Hebey Sosial Elmlər Akademiyasının keçirdiyi Dünya intellektuallarının XXIV konfransında məruzə ilə şıxış edib.
Çin Xalq Respublikasının Hebey bölgəsinin elm və ali təhsil qurumlari ilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi əlaqələri uğurla davam edir.
Təbrik edirik!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 09 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















