AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamla AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılır.
Azərbaycan Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib
26 Noyabr 2024 15:24

