Icma.az
close
up
RU
AMEAnın Qafqazşünaslıq İnstitutu yeni nəşrlərini təqdim edib AZƏRTAC

AMEAnın Qafqazşünaslıq İnstitutu yeni nəşrlərini təqdim edib AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 11 yanvar, AZƏRTAC

AMEA-nın Qafqazşünaslıq İnstitutunun yeni nəşr olunmuş kitablarının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun direktor vəzifəsini icra edən siyasi elmlər doktoru Ramilə Dadaşova əməkdaşların elmi-təhlil nəticələri, göstərilən təkliflər və tövsiyələrin hər il fundamental əsərlərdə əksini taparaq nəşr edildiyini və dövlət orqanlarına, həmçinin akademik dairələrə göndərildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin maraqlarına xidmət edən elmi əsərlər yüksək elmmetrik bazalarda yerləşən jurnallarda dərc edilir. Qeyd olunub ki, institut əməkdaşlarının Azərbaycanda 51 monoqrafiya və kitabı, xarici ölkələrdə 10 kitabı nəşr edilib. Bundan başqa, 2024-cü ildə institutun 10 kitabı - 3 monoqrafiya və 2 kollektiv əsəri, “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı, “Qafqazşünaslığın aktual problemləri” məqalələr toplusu və 3 konfransın materialları nəşr olunub.

Daha sonra institutun şöbə müdiri Vahid Ömərov, Naziyə Məmmədova, Nigar Mustafayevanın yazdıqları “Gürcüstan-Ermənistan münasibətləri: qurulması, mövcud vəziyyəti və problemləri” adlı kitab təqdim edilib. Mötəbər mənbələr əsasında yazılmış elmi əsərdə Gürcüstan-Ermənistan münasibətlərinin qurulması, mövcud vəziyyəti və problemləri araşdırılıb. Əsərdə istifadə edilən elmi materialların əksəriyyəti elmi dövriyyəyə ilk dəfə cəlb edilib. Qeyd olunub ki, kitabın ideya müəllifi və elmi redaktoru AMEA-nın müxbir üzvü professor Musa Qasımlıdır. Kitabın rəyçilərindən olan professor Qasım Hacıyev, Günel Musayeva, Samirə Həbibbəyli kitab haqqında fikirlərini bölüşüblər.

Daha sonra Liliya Mirzəzadə, Günay Feyziyeva, Şahnaz Rəhimovanın müəllifi olduqları “Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında erməni icması” kitabı təqdim edilib. Müxtəlif mənbələrdən istifadə edilən əsərdə Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarının tarixi, demoqrafik vəziyyəti, sosial-iqtisadi, siyasi şəraitində ermənilərin iştirakı araşdırılıb. Qeyd edilib ki, kitabın ideya müəllifi AMEA-nın müxbir üzvü Musa Qasımlı, elmi redaktor Vahid Ömərov, rəyçilər Qasım Hacıyev, Elnur Kəlbizadədir.

Samirə Həbibbəylinin “Azərbaycan Respublikası – Gürcüstan münasibətləri” monoqrafiyası da təqdim olunub. Müəllif kitabın yazılmasında məqsəd və vəzifələr, əldə edilən elmi nəticələr haqqında məlumat verib.

Tədbirdə iştirak edən akademik Muxtar İmanov, siyasi şərhçi Elşad Həsənov, Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı təqdim edilən kitablarla bağlı fikirlərini bölüşüblər. Nəşrlərin Azərbaycan elmi üçün dəyərli elmi-tədqiqat işi olduğunu bildiriblər.

Qafqazşünaslıq İnstitutunun elmi katibi Südabə Hüseynova, direktor köməkçisi Məzahir Sadıxov nəşrlər haqqında öz fikirlərini bildirib, müəllifləri təbrik ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Yanvar 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri