Icma.az
close
up
RU
Amerika Birləşmiş Ştatları ilə Çin arasındakı iqtisadi müharibə gələcəkdə qarşıdurmaya çevrilə bilər

Amerika Birləşmiş Ştatları ilə Çin arasındakı iqtisadi müharibə gələcəkdə qarşıdurmaya çevrilə bilər

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Amerika Birləşmiş Ştatları ilə Çin arasında ticarət müharibəsi zaman-zaman olub, amma Donald Trampın hakimiyyətə gəlməsindən sonra bu açıq müstəviyə çıxıb. Donald Tramp ABŞ ilə Çin arasında iqtisadi müharibənin olacağı ilə bağlı fikirləri həmişə səsləndirib. Artıq bu müharibənin başlandığını biz görə bilərik. Çünki elə bu gömrük rüsumları ilə bağlı prosesin reallaşması, əslində elə ən çox Çinə münasibətdə idi”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, ABŞ-ın ticarət tərəfdaşı kimi, hətta arzulamasalar və ya istəməsələr də ən çox ticarət etdiyi dövlət Çinin özüdür: “Təsəvvür edin ki, Çinlə Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsi Amerika Birləşmiş Ştatlarını ciddi şəkildə narahat olmağa vadar edir. Təxminən 500-600 milyard dollarlıq ticarət dövriyyəsi illik ticarət dövriyyəsinin 400-500 milyarda yaxın hissəsi Çinin ixracının payına düşür. Yəni Çinin ABŞ-a ixrac etdiyi məhsullar ABŞ-ın Çinə ixrac etdiyi məhsullardan iki dəfədən artıq çoxdur. Bu da təbii ki, ABŞ-ı narahat etməlidir.

Avropa İttifaqı ilə Çin arasındakı ticarət dövriyyəsində də onlar üçün dəhşətli olan rəqəmlər var. 700 milyard dollarlıq 750 milyard dollarlıq ticarət dövriyyəsinin təxminən 500 milyard dolları Çin tərəfindən Avropa İttifaqına ixrac olunur. Bu ticarət dövriyyəsindən görünür ki, Çinin bu məsələdə qazancı, bu prosesdə bu gün iqtisadi baxımdan Çinin inkişafına müsbət təsir göstərən amillər daha çoxdur, nəinki Avropa İttifaqının, o cümlədən də onun müttəfiqi Amerika Birləşmiş Ştatlarının. Bu amil Amerika Birləşmiş Ştatlarını ciddi şəkildə narahat edir. Ona görə də, Donald Tramp hakimiyyətə gəldikdən sonra açıq şəkildə iqtisadi müharibə elan edib və bu iqtisadi müharibəni biz digər məsələlərlə bağlı da görürük.

Gömrük rüsumlarının tətbiq edilməsi ilə bağlı məsələ və eyni zamanda Çinlə bağlı ticarətdə Avropa İttifaqı ölkələrinə belə çağırışların edilməsi, Çinlə bağlı bu Tayvan məsələsi, Yaponiya ilə bağlı Çinə münasibətdə Yaponiyaya dəstəyin göstərilməsi, Cənubi Koreyaya dəstəyin göstərilməsi məsələlərində o cümlədən ərazi ilə bağlı münaqişələri mövcuddur. Bu məsələdə mən düşünürəm ki, Çinə münasibətdə dünyanın əsas, iqtisadi baxımdan ən önəmli və okeanları birləşdirən boğazlarından biri olan Malakka boğazı amili də Amerika Birləşmiş Ştatları üçün çox önəm kəsb edir”.

Xəyal Bəşirov

Xəyal Bəşirov qeyd edib ki, ABŞ ehtiyac duyduğu an Malakka boğazından Çinə qarşı istifadə etmək niyyətini ortaya qoya bilər. Politoloqun fikrincə, Çin bunları çox gözəl anlayır və faktiki olaraq biz ABŞ-ın həm Rusiya-Ukrayna mövzusunda, həm Yaxın Şərq məsələsində, həm digər münaqişələrlə bağlı məsələlərdə qısa müddətdə həmin problemləri həll edərək, Çinə münasibətdə fokuslanmaq istədiyini də görürük: “Bunu açıq şəkildə müşahidə etmək mümkündür. Bütün bunları nəzərə alaraq, faktiki olaraq ABŞ-ın Çinə qarşı iqtisadi müharibə elan etdiyini görmək mümkündür.

Eyni zamanda ən son baş verən hadisələrə diqqət etsək, ABŞ-ın artıq bu istiqamətdə hərəkətliliyinin şahidi olarıq. ABŞ-ın Yaxın Şərqdə ən yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı bu yaxınlarda Pakistanla müqavilə bağladı. Hərbi əməkdaşlıq və müdafiə məsələləri ilə bağlı lazım gələrsə, bu sənəddən istifadə edərək, qarşılıqlı dəstəyin göstərilməsi ilə üzrə müqavilə imzalandı. Səudiyyə Ərəbistanı ABŞ-ın regionda ən yaxın və müttəfiq dövlətlərindən biridir. Digər bir amil, Səudiyyə Ərəbistanı neft-qaz ölkəsidir və Səudiyyə Ərəbistanının təbii resursları Çinə, o cümlədən Pakistana hava-su kimi lazımdır. Eyni zamanda Səudiyyə Ərəbistanı iqtisadi resursları və vəsaitləri çox olan, maddi cəhətdən zəngin olan bir dövlətdir”.

Xəyal Bəşirov hesab edir ki, Pakistanla bu sənədin imzalanması Amerika Birləşmiş Ştatlarının razılığı olmadan həyata keçirilə bilməz.

Politoloq bildirib ki, Pakistanın Çinlə münasibətləri Hindistan amilinə görə, son zamanlar yaxşı istiqamətdə inkişaf edir, çünki Hindistan Çinə rəqib dövlətdir və Hindistana qarşı münasibətdə Pakistanın gücləndirilməsi Çinin özünün maraqlarına xidmət edir: “Burada Pakistanın Səudiyyə Ərəbistanına məxsus maddi resurslardan və təbii sərvətlərdən, hətta ABŞ-dan aldığı silahlardan yararlanmaq imkanları yaranır ki, bunun müqabilində gələcəkdə Əfqanıstana münasibətdə istifadə etmək amili ortaya çıxır”.

Xəyal Bəşirov qeyd edib ki, son zamanlar Pakistanla Əfqanıstan arasında sərhəd boyu çox ciddi münaqişələrin şahidi oluruq, bunun da əsas səbəbi Pakistanla Səudiyyə Ərəbistanı arasında sənəd imzaladıqdan sonra ABŞ prezidenti Donald Trampın 2001-2021-ci il ərzində Əfqanıstanda mövcud olduqları və 2021-ci ildə çıxmaq məcburiyyətində qaldıqları əsas bazalarından biri olan Baqram hava limanına qayıtmaq niyyəti ilə bağlı mövqe bildirməsi oldu”.

Əfqanıstandan 20 ildən sonra çıxan ABŞ ştatları niyə yenidən dörd ildən sonra qayıtmaq istəyini ortaya qoysun?

“Bu da Çin amili ilə bağlıdır və Çin də bunu çox gözəl anlayır. Çünki Çin həmin o ərazilərdə - Əfqanıstan, Pakistan və regionda yerləşən digər ərazilərdə böyük iqtisadi layihələr həyata keçirir, logistika xətləri tikir və böyük sərmayələr yatırır. Bu da prosesin qarşısını almaq üçün Amerika Birləşmiş Ştatlarının hərəkətə keçməsi və həmin o yollarda Çinin "zərərsiz"ləşdirilməsi, əksinə yollarda nəzarəti öz üzərinə keçirilməsi baxımından önəm kəsb edir.

Çinin atdığı bütün addımlara münasibətdə ABŞ-ın bir "sarmaşıq" kimi onun ətrafında bəzi prosesləri reallaşdırması və hərəkətlilik göstərməsi ondan xəbər verir ki, biz yaxın zamanlarda bu iqtisadi müharibənin daha da alovlanmasının şahidi ola bilərik. Hətta bu, bəzi istiqamətlərdə qarşıdurmaya keçə bilər. Bu baxımdan doğru qeyd olunur ki, artıq ABŞ Çinlə iqtisadi müharibənin içindədir”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Oktyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri