Amerika şirkəti ağız üçün kompüter siçanı təqdim etdi
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin “Augmental” startapı damağa bərkidilən və istifadəçilərə cihazı dil hərəkətləri ilə idarə etməyə imkan verən “MouthPad” sensor panelini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə istehsalçı rəsmi saytında məlumat yayıb.
Məlumata görə, hər bir “MouthPad” istifadəçinin damağının qəlibindən istifadə edilməklə xüsusi olaraq hazırlanır.
Şirkət “MouthPad”ı ənənəvi kompüter siçanına alternativ kimi təqdim edir. Cihaz kursoru idarə etməyə, klikləmələri yerinə yetirməyə, həmçinin, dil və baş hərəkətlərindən istifadə edərək smartfonlar, planşetlər və kompüterlərlə qarşılıqlı əlaqə yaratmağa imkan verir.
Yeni cihaz məhdud hərəkətli insanlar üçün nəzərdə tutulub.
“Augmental” şirkətinin məlumatına görə, şirkət məhsulu gündəlik istifadə imkanlarına uyğunlaşdırmaq üçün müxtəlif fiziki məhdudiyyətli yüzlərlə istifadəçi ilə əməkdaşlıq edib.
Tərtibatçılar qeyd edirlər ki, “MouthPad” istifadəçilərə cihazlarla işləməyə, ünsiyyət qurmağa cə oyun oynamağa kömək edir.
Cihaz “macOS”, “Windows” və “Linux” əməliyyat sistemləri ilə işləyən kompüterlərlə, eləcə də “iOS" və “Android” mobil cihazları ilə uyğun gəlir.
“MouthPad” təxminən 10 qram ağırlığındadır. Daxili batareya yeddi saata qədər batareya ömrü təmin edir və tam doldurma təxminən bir saat yarım çəkir.
“MouthPad”ın əsas versiyası 1400 dollara (təxminən 2380 manat) başa gəlir. İki ədədlik dəst isə 1900 dollardır (təxminən 3230 manat).

Bu mövzuda digər xəbərlər:Amerika şirkəti Rezvani 1500 at gücündə hiperkar təqdim edir
12 Avqust 2026 15:25
Erməni Amerika şirkəti yola nəzarət etməyəcək Paşinyan
21 Avqust 2025 13:36
TRIPP üzrə Ermənistan Amerika birgə şirkəti yaradılacaq
04 İyun 2026 11:23
Amerika şirkəti Avropada ABŞ səhmlərinin ticarəti üçün blokçeyn platformasını istifadəyə verməyi planlaşdırır
09 May 2025 05:42
Baxış sayı:140
Bu xəbər 23 İyul 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















