Amerika şirkətinin prezidenti Bakıya niyə gəlib? SƏBƏB
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Prezidenti İlham Əliyev avqustun 19-da “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.
Söhbət zamanı ölkəmizlə şirkət arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib. İnvestisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmətlər təqdim edən aparıcı qlobal maliyyə institutu hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. Mənzil-qərargahı Nyu-York şəhərində yerləşən şirkət 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.
Maraqlıdır ki, bu görüş nəyin xəbərçisidir? ABŞ şirkəti ölkəmizə yeni investisyalar yatıracaq?
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, Azərbaycan–"Goldman Sachs" əlaqələri 2010‑cu ildən bəri uğurla davam edir. Prinsipcə, Dövlət Neft Fondu ilə "Goldman Sachs" arasında olan tərəfdaşlıq Azərbaycanın maliyyə sektorunun inkişafında və beynəlxalq investisiya imkanlarının genişləndirilməsində əhəmiyyətli rol oynamaqdadır:
"Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyilə əldə olunmuş sülh təşəbbüslərinin regionda geniş və davamlı inkişaf üçün çoxlu imkanlar yaratması gözlənilir.
Bu paralel qurulan siyasi vasitələr və qlobal maliyyə çağırışları bir yerdə gəldikdə, şəffaf və əlverişli investisiya mühiti üçün çox güclü zəmin yaradır.
Azərbaycan–Ermənistam sülh təşəbbüslərinə ABŞ dəstəyinin mövcudluğu regionun sabitlik və iqtisadi inteqrasiya potensialı haqqında güclü mesajdır".
Deputat əlavə edib ki, "Goldman Sachs" kimi nüfuzlu maliyyə institutunun gələcəkdə Azərbaycana investisiya baxış açısını genişləndirmək üçün maraq ifadə etməsi real perspektivlər açır.
" Və bu perspektivlər bütövlükdə ölkəmizin investisiya cəlbediciyini daha da artıracaqdır",-o deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 Avqust 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















