Amerikada əhali arasında demensiyadan əziyyət çəkənlər artır Dəhşətli proqnoz
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni bir araşdırma 2060-cı ilə qədər ABŞ-da demensiyadan əziyyət çəkən insanların sayının iki dəfə artacağını proqnozlaşdırır.
Sitat.info xarici mediaya istibadən xəbər verir ki, tədqiqatın proqnozuna görə, ildə təxminən 500.000 belə hal yaşanırsa, bu 1 milyona çatacaq.
ABŞ-ın müxtəlif institutlarından olan tədqiqatçılar qrupunun fikrincə, sıçrayış ölkədə əhalinin yaşının artması ilə birbaşa bağlıdır.
"Tədqiqatımızın nəticələri ABŞ-da yaxın illərdə demans yükünün əhəmiyyətli dərəcədə artacağını göstərir. Təxminlərə görə, hər iki amerikalıdan biri 55 yaşından sonra koqnitiv çətinliklər yaşayacaq" alm adamı Josef Coresh deyib.
1987-2020-ci illər arasında 15 min yetişkin insanın məlumatlarını toplayaraq təhlil edən tədqiqatçılar, 55 yaşdan sonra demans riskinin 42 faiz olduğunu müəyyən etdilər. Bu göstərici əvvəlki hesablamalardan xeyli yüksəkdir. Digər tərəfdən, 75 yaşdan yuxarı olanlarda demans riski də artıb.
Bu, ciddi narahatlıq doğurur, çünki ABŞ-da demans üçün səhiyyə xərclərinin hər il təxminən 600 milyard dollar olduğu təxmin edilir.
Seymur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 16 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















