Icma.az
close
up
RU
Amerikadan Bakıya məktub Trampın planı nədir?

Amerikadan Bakıya məktub Trampın planı nədir?

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu təkcə protokol xarakteri daşımır, eyni zamanda strateji və diplomatik baxımdan bir neçə mühüm məqamı özündə birləşdirir. Bu məktub iki ölkə arasındakı münasibətlərin cari vəziyyətini və gələcək istiqamətlərini əks etdirən siyasi sənəd kimi dəyərləndirilə bilər.

ABŞ-nin Azərbaycanla tərəfdaşlığa verdiyi yüksək qiymət məktubda ilk diqqətçəkən məqamlardandır. Donald Tramp Azərbaycanı yalnız regional deyil, qlobal səviyyədə də vacib tərəfdaş kimi təqdim edir. Xüsusilə "terrorizmə qarşı mübarizə", "enerji təhlükəsizliyi" və "sülh təşəbbüsləri" kontekstində Azərbaycanla əməkdaşlığın önə çəkilməsi bu ölkənin bölgədəki geosiyasi əhəmiyyətinin ABŞ tərəfindən açıq şəkildə tanındığını göstərir.

Bundan əlavə, məktubda ABŞ ilə Azərbaycan arasında 30 ildən artıq davam edən diplomatik münasibətlərə xüsusi yer ayrılır. Bu müddət ərzində əlaqələrin mühüm dərəcədə inkişaf etdiyi qeyd olunur. Bu isə onu göstərir ki, ABŞ Azərbaycanla münasibətlərə təkcə bu günün siyasi reallıqları prizmasından deyil, uzunmüddətli strateji baxışla yanaşır. Trampın "daha dərin tərəfdaşlıq" arzusunu ifadə etməsi də məhz bu strateji niyyətin açıq göstəricisidir.

Xüsusi vurğulanmalı məqamlardan biri də Ermənistanla Azərbaycan arasında davamlı sülhün dəstəklənməsidir. Tramp məktubunda bildirir ki, ABŞ Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və bu sülh bölgənin firavanlığına, həmçinin ABŞ-la əməkdaşlıq imkanlarının genişlənməsinə yol açacaq. Bu, birbaşa olaraq ABŞ-nin regionun gələcəyinə dair konkret strateji maraqları olduğunu göstərir. Eyni zamanda bu fikirlər Azərbaycanın sülh təşəbbüslərinə verilən dəstək kimi də oxuna bilər.

Digər mühüm cəhət odur ki, məktub yalnız siyasi münasibətləri deyil, iqtisadi və enerji sahəsində əməkdaşlığı da əhatə edir. ABŞ prezidentinin enerji inkişafı və iqtisadi münasibətləri gələcək əməkdaşlığın prioritet istiqamətləri kimi göstərməsi Azərbaycanın xüsusilə enerji ixracatçısı kimi roluna verilən önəmi ifadə edir.

Məktubun sonunda yer alan "qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlıq" ifadəsi sadəcə diplomatik nəzakət deyil, eyni zamanda ABŞ-nin Azərbaycanla uzunmüddətli əməkdaşlıq planlarının olduğunu göstərir. Bu, həm regional sabitlik baxımından, həm də iqtisadi və təhlükəsizlik sahəsində ortaq maraqlar nöqteyi-nəzərindən əhəmiyyətli mesajdır.

Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda ABŞ-nin Azərbaycanla münasibətlərə verdiyi önəm açıq şəkildə ifadə olunub. Tramp ABŞ-nin Azərbaycanla 30 ildən artıq davam edən diplomatik əlaqələrini yüksək qiymətləndirir və gələcəkdə bu münasibətlərin daha da dərinləşəcəyinə ümid etdiyini bildirir. Məktub Vaşinqtonun Bakıya qarşı siyasi etimadının və dəstəyinin göstəricisidir.

Onun məktubu Azərbaycan-ABŞ münasibətlərinin təkcə diplomatik səviyyədə deyil, strateji, iqtisadi və təhlükəsizlik müstəvisində də möhkəmləndiyini nümayiş etdirir. Məktubun məzmunundan aydın olur ki, ABŞ Azərbaycanın müstəqilliyini və bölgədəki rolunu dəyərləndirir, bu əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq mövqeyinə əlavə güc qazandırır.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri