Icma.az
close
up
RU
Amerikalı analitikdən şok: Azərbaycanın Zəngəzuru hərbi yolla ələ keçirmək planı...

Amerikalı analitikdən şok: Azərbaycanın Zəngəzuru hərbi yolla ələ keçirmək planı...

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycanın Zəngəzuru hərbi yolla ələ keçirmək planı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Amerika müharibə müxbiri və xarici siyasət analitiki Holli MakKey deyib.

“The Washington Times” qəzetində dərc olunmuş məqalədə analitik yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 21 oktyabr tarixli qərarı dünyanın ən strateji bölgələrindən biri olan Cənubi Qafqazda güc balansını dəyişə bilər. Bu qərarla Əliyev 33 ildən sonra Azərbaycan üzərindən Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı.

“Eyni gün Qazaxıstan buğdasının bir hissəsi Azərbaycan üzərindən Ermənistana göndərildi. Bu, onilliklər davam edən müharibədən sonra barışığı simvolizə edən kiçik, lakin tarixi jest idi. Bu addım avqust ayında Prezident Trampın vasitəçiliyi ilə əldə edilən sülh razılaşmalarını gücləndirir”.

Analitik vurğulayır ki, TRIPP sadəcə infrastruktur layihəsi deyil. Bu, qərbyönümlü tərəfdaşları birləşdirən və ABŞ-ın Rusiya ilə İranın uzun müddət hakim olduğu bölgədə uzunmüddətli təsirini təmin edən geosiyasi xəttdir.

Ekspertin fikrincə, Ermənistanla ticarət münasibətlərini normallaşdırmaqla, Əliyev həmçinin regionun ən aktual narahatlıqlarından birini – Azərbaycanın Ermənistanın Sünik (Zəngəzur) vilayətindən keçən dəhlizi zorla ələ keçirə biləcəyi qorxusunu aradan qaldırıb. Bu, müharibəyə və qeyri-sabitliyə son qoymaq deməkdir.

Müəllif daha sonra qeyd edir ki, Azərbaycanın hazırkı xarici siyasəti, eləcə də İsraillə yaxın tərəfdaşlığı nəzərə alınmaqla, Tramp administrasiyası 1990-cı illərin əvvəllərində Bakıya qarşı tətbiq edilən 907-ci düzəlişi ləğv etməlidir. Bu maddə ABŞ-ın Azərbaycana hərbi dəstəyini məhdudlaşdırır.

Makkeyin sözlərinə görə, Azərbaycanın Moskvaya yaxınlığı artıq əvvəlki səviyyədə deyil. Rusiyanın AZAL təyyarəsinə raket zərbəsi nəticəsində onlarla mülki sakin həlak olduqdan sonra Bakı Rusiya rəsmilərini ölkədən çıxardı, hücumu pislədi və Vaşinqtonla yaxınlaşdı. Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasındakı münasibətlər son illərdə ən aşağı nöqtəyə çatıb. Nəticədə, vəziyyət Putinin şəxsən üzr istəməsinə səbəb olub. Bu, regionda kimin təsirini itirdiyini göstərir. Və bu, ABŞ deyil.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri