Amerikalı atlet 3000 metr məsafəyə qaçış üzrə dünya rekordu müəyyənləşdirib
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Amerikalı atlet Qrant Fişer ABŞ-da qapalı məkanda keçirilən turnirdə 3000 metr məsafəyə qaçış üzrə dünya rekordu müəyyənləşdirib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, idmançı sözügedən məsafəni 7 dəqiqə 22 saniyəyə qət edib.
O, 2023-ci ilin fevralından efiopiyalı Lameça Girmaya məxsus olan 7 dəqiqə 23 saniyəlik rekordu qırıb.
Həmçinin ABŞ-da keçirilən yarışların nəticələrinə görə bir mil (1609 metr) məsafəyə qaçışda da rekord yenilənib. Bu rekordun sahibi isə amerikalı digər atlet Yared Nuquze (3 dəqiqə 46 saniyə) olub. Bu məsafə üzrə əvvəlki rekord 2019-cu ilin martında efiopiyalı Yomif Kecelça tərəfindən müəyyən edilmişdi - 3 dəqiqə 47 saniyə.
Bu mövzuda digər xəbərlər:Amerikalı atlet qaçış rekordu qırdı
09 Fevral 2025 12:12
Amerikalı üzgüçü dünya rekordu müəyyənləşdirib
10 Dekabr 2024 14:44
Amerikalı atlet bir həftə ərzində iki dünya rekordu müəyyənləşdirib
15 Fevral 2025 10:26
Keniyalı idmançı 5000 metr məsafəyə qaçış üzrə dünya rekordu qırdı
06 İyul 2025 02:03
Baxış sayı:84
Bu xəbər 09 Fevral 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















