Amerikalı ekspert: ABŞ ın etibarlılığını qorumaq üçün yeni nüvə sınaqları zəruridir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 31 oktyabr, AZƏRTAC
Moskva və Pekinin nüvə silahı sınaqları keçirməyə davam etməsinə cavab olaraq Prezident Trampın ABŞ-ın arsenalını inkişaf etdirmək və modernləşdirmək qərarına gəlməsi təəccüblü deyil və bu da sınaqların yenilənməsini tələb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-da fəaliyyət göstərən “Southfive Strategies” təşkilatının prezidenti Ceyson Epşteyn deyib.
O bildirib ki, ilk prezidentliyi dövründə Donald Tramp da daxil olmaqla, ABŞ prezidentləri nüvə silahlarından azad bir dünya təsəvvür ediblər. “Lakin aydın oldu ki, Rusiya və Çin buna maraq göstərmir. Buna görə də həm potensial rəqiblərə xəbərdarlıq, həm də müttəfiqlərimizə arxayınlıq vermək baxımından ABŞ-ın etibarlılığını qorumaq üçün yeni sınaqlar lazımlıdır”,- deyə ekspert əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 31 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















