Amerikalı hərbçilər HƏMAS ilə razılaşmaya nəzarət üçün İsrailə göndərilib
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Amerikalı hərbçilər Qəzza zolağında atəşkəs haqqında razılaşmaların yerinə yetirilməsinə nəzarət edəcək əlaqələndirmə mərkəzinin yaradılması üçün İsrailə getməyə başlayıblar.
AZXEBER.COM xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Kanalın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper artıq İsraildədir. O, Yaxın Şərqdəki əməliyyatlara cavabdehdir.
Bildirilib ki, İsraildə 200 hərbi qulluqçu yerləşdiriləcək. Eyni zamanda qeyd olunur ki, onlar Qəzza zolağı ərazisində olmayacaqlar.
Rəsmi məlumatlara görə, əlaqələndirmə mərkəzinin işində iştirak edəcək amerikalı hərbçilər nəqliyyat, planlaşdırma, logistika, təhlükəsizliyin təmin edilməsi və mühəndislik sahələrində ixtisaslaşıblar.
Qeyd edək ki, İsrail və HƏMAS atəşkəs barədə razılığa gəliblər. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.
\ "Report"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















