Amerikalı jurnalistdən gözlənilməz addım
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Amerikalı jurnalist, insan haqları üzrə hüquq müdafiəçisi Kristofer Helali gözlənilməz addım atıb.
"Ölkə.az" xəbər verir ki, Helali TASS-a açıqlamasında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladığını bildirib. O, bundan sonra rusların Xüsusi Hərbi Əməliyyat (SVO) adlandırdıqları Ukrayna müharibəsinə qatılacaq.
"Bəli, mən belə bir müqavilə imzaladım", - Helali döyüşdə öldürülmüş "Rodnya" dəstəsinin komandiri Yevgeni Nikolaev üçün təşkil olunan vida mərasimində olarkən deyib.
Rusiya mediası yazıb ki, Helali Nikolayevi şəxsən tanıyırmış və onu "daha yaxşı dünya" uğrunda mübarizə aparan əsl vətənpərvər adlandırıb: "O, mənim üçün çox dəyərli bir insan idi, mənə qardaş kimi davrandı. Buna görə də burada olmağım çox vacibdir".
Qeyd edək ki, Helali həm də Amerika Kommunist Partiyasının üzvüdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 22 Mart 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















