Amerikalı polkovnikdən şok iddia: İrandan sonra növbə Türkiyənindir
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İrandan sonra növbəti hədəf Ankara olacaq, çünki Türkiyə bölgədəki ən böyük maneədir.
Ölkə.az xəbər verir ki, bunu ABŞ və İran arasında potensial müharibə ilə bağlı gərginliyin artması fonunda təqaüddə olan amerikalı polkovnik, Müdafiə Nazirliyinin keçmiş müşaviri Duqlas Makqreqor deyib.
"İranı uğurla məhv etdikdən sonra diqqət Türkiyəni məhv etməyə yönələcək. Qaçılmaz olaraq, Türkiyə İsraillə qarşılaşacaq və bu, çox güman ki, Suriyada baş verəcək", - o qeyd edib.
Türkiyənin İrandan güclü olduğunu bildirən Makqreqordeyib: "Türkiyə bir çox cəhətdən İrandan daha yaxşıdır. Onun əsl donanması var. NATO-da ən yaxşı ordusuna sahibdir. Növbəti addım Türkiyəni məhv etməkdir. Ona görə də gəlin özümüzü aldatmayaq, məsələ budur. Məsələ İsrailin istədiyi şeydir".
Qeyd edək ki, Makqreqor Türkiyə əleyhinə çıxışıları ilə tanınan şəxsdir. Makqreqor 2023-cü ildə verdiyi açıqlamada İsrail üçün əsl əsas təhdidin Türkiyə olduğunu bildirib.
Mürtəza
Baxış sayı:178
Bu xəbər 12 Fevral 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















