Amerikalı reperin yazıları başına bəla oldu Hökumətdən qadağa KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Amerikalı reper Kanye Uest sosial şəbəkədəki səhifəsində yazdığı yazılara görə bundan sonra ABŞ-da bizneslə məşğul ola bilməyəcək və rəsmilər ona təzyiq edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə sahibkar Daniel Starr bildirib.
Biznesmenin sözlərinə görə, onun ölkə rəsmiləri və sahibkarları arasında nüfuzlu tanışları var:
“Kanye bitdi, o, bu ölkədə əvvəlki kimi iş görə bilməz. Pərdəarxası buna nail olmaq üçün çox işlər görülür. Onun üçün yeganə fürsət, biznesini xaricə aparmaqdır.”
Bundan əvvəl Kanye Uestin sosial şəbəkələrdəki paylaşımlarına görə istedad agentliyindən uzaqlaşdırıldığı bildirilib. Agentlik musiqiçinin açıqlamalarını zərərli və təhqiredici adlandırıb.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 12 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















